Məhkəmə qərarları › İş №8(005)-151/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-151/2021

15.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-151/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 8(005)-1795/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu məxsus nəqliyyat vasitələrinin üzərindən həbsin götürülməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emil Zeynalov Borclu məxsus olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-6366/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu ' xxxx" (Azərbaycan) ASC-nin xeyrinə cəmi 2.055,53 ABŞ dolları məbləğində borc icra edildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə əsasən manatla və 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Borclu icra sənədinin icrasını təmin etmədiyi üçün icra sənədi üzrə tələbin yönəldilməsi barədə təqdimatla Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1795/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə Borclu məxsus 'MERCEDES BENZ F280'! minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı və “MERCFDFS C240” minik markalı. **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Aparılan icra tədbirləri nəticəsində icra sənədinin icrası təmin olunmuşdur Qeyd edilənləri nəzərə alaraq, Borclu məxsus "MERCEDES BENZ E280” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı və 'MERCEDES C240” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İcra məmuru, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş “xxxx” ASC-nin məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “^Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunduğu üçün icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclunun borcu olmadığından təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus "MERCEDES BENZ E280” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı və 'MERCEDES C240” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar