Məhkəmə qərarları › İş №8(005)-151/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-151/2024

03.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-151/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi X1 iştirakları ilə, X3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)- 525/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-525/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsini və hər ay 100 manat olaraq ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi .03.2022-ci il tarixli 2(005)-525/2022 saylı qətnaməsi ilə iddiaçı X4 ona qarşı, iddiası təmin edilərək ümumi dəyərləri 1875 (bir min səkkiz yüz yetmiş beş) manat olan əşya və avadanlıqların və kirayə haqqı olaraq 6000 (altı min) manatın, eləcə də dövlət rüsumu əvəzi olaraq 120 manatın məndən alınıb X6 ödənilməsinə qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. O səhhətində problemlər olan, işsiz bir qadındır və qətnamənin bir dəfəyə təmin olunması tərəfindən mümkünsüzdür. Bu günə kimi hissə-hissə olaraq müəyyən qədər ödənişlər etmişdir. Ödənilməsi tələb olunan məbləği ən yaxşı halda hər ay 100 (bir yüz) manat olaraq ödəməyə gücü çatır. X2 borclunun qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsinin təmin edilməməsini xahiş etdi. Borcluya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməməişdir. Məhkəmə işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarından olan Nərimanov RPİ İŞ-nin 18 iyun 2021-ci il tarixli qərarından görünür ki, X11 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 322.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarından olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-525/2022 saylı qətnaməsindən görünür ki, X7 ilə X11 arasında 01 mart 2020ci il tarixində bağlanılmış əmlak kirayə müqaviləsi ləğv edilməsi, Bakı şeheri, Ağa Neymetulla küçəsində yerleşen 50 saylı evin (130a) həyətində yerləşən qeyri-yaşayış sahəsi iddiaçı X6 təhvil verilməsi, ünvan 1 ünvanında yerləşən əşya və avadanlıqlarmasaj stolu (üstü deri)-3 ədəd, cəmi 390 manat, masaj stolu üçün otacaqlar- 3 ədəd, cəmi 75 manat; oturacaq stulu-6 ədəd, cəmi 150 manat; künc stolu- 3 ədəd, 120 manat, divan və kreslo-2 ədəd, cəmi 230 manat, 2 nəfərlik divan-1 ədəd, cəmi 125 manat, şkaf güzgülü 9 qəhvəyi rengde) - 1eded, cemi 70 manat, şkaf güzgülü -1 ədəd, 80 manat, soyuducu - 1 ədəd, 280 manat, televizor-1 ədəd, 130 manat, kompyuter stolu - 1 ədəd, 45 manat, xalça - 1 ədəd, 80 manat, ümumilikdə 1875 manat dəyərində cavabdeh X8 alınaraq İddiaçı X6 ödənilməsi, X8 20 (iyirmi) aylıq kirayə haqqı (xx.xx.2020-ci il tarixdən ci il tarixədək) olaraq 6000 (altı min) alınaraq iddiaçı X6 ödənilməsi, ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun əvəzi cavabdeh X8 alınaraq iddiaçı X6 ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X9 qarşılıqlı iddia üzrə cavabdeh X6 qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Ağcabədi rayon İPŞ-nin 14 iyul 2023-cü il tarixli borclunun axtarılması barədə qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-525/2022 saylı icra sənədində əsasən X9 barəsində axtarış elan edilmişdir. Qərar borclunun axtarılması üçün Ağcabədi rayon Polis şöbəsinə göndərilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 3(017)-84/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə X11 barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 8(017)-13/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-525/2022 saylı icra sənədi üzrə X3 ölkədən getmək hüququ, borclu olduğu məbləği tam ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbayçan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin içrasına möhlət verilməsi və ya onun hissə-hissə içra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014-cü il tarixli Plenumunun Qərarına əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir. Qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatı üzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdə çox olsun. Məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamənin icrasına möhlət verilməsi barədə ərizə təmin edildikdə: - möhlət müddəti başa çatana qədər qətnamə icraya yönəldilə bilməz (icra vərəqəsi verilə bilməz); - möhlət icra vərəqəsi verildikdən sonra verildikdə, icra məmuru möhlət başa çatana qədər icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edə bilməz; - icra sənədi üzrə icraata başlamaq haqqında qərar möhlət verilənə qədər qəbul olunduqda isə icra məmuru möhlət müddəti başa çatana qədər icra hərəkətlərini həyata keçirə bilməz. Bununla yanaşı qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Eyni zamanda, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, borclunun ödəmək istədiyi məbləğ ilə borcun məbləği mütənasib olmadığından, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)- 525/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-525/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə X3 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar