Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-154/2025 24.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-300/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus “Mercedes Benz E240” minik markalı **-RC-*** dövlət qeydiyyat nişanlı və “JAC HFC3072K” yük markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3148/2020-002 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 1886 manat və 30 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-300/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Mercedes Benz E240” minik markalı **-RC-*** dövlət qeydiyyat nişanlı və “JAC HFC3072K” yük markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Tələbkar xx.xx.2025-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədində qeyd olunan borcun tam şəkildə ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıda qeyd edilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3148/2020 saylı, xx.xx.2020ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu Bayram oğlundan xx.xx.2019-cu il tarixli 338245 saylı alqı-satqı müqaviləsinə əsasən 1886 manat əsas borc və 30 manat dövlət rüsumu iddiaçı Tələbkar xeyrinə tutulmalıdır; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-300/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Məhkəməsinin 2(005)-3148/2020-002 nömrəli, xx.xx.2020-ci ıl tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Mercedes Benz E240” minik markalı **-RC-*** dövlət qeydiyyat nişanlı və “JAC HFC3072K” yük markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. - Tələbkar məktubuna əsasən, Borclu tərəfindən borc tam bağlanmışdır; - İcra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3148/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. Qanunun 20.2 və 20.3-cü maddələrinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, icra sənədi tam icra edildiyindən və icra sənədi üzrə icraata xitam verildiyindən nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-300/2021 saylı, xx.xx.2021ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes Benz E240” minik markalı **- RC-*** dövlət qeydiyyat nişanlı və “JAC HFC3072K” yük markalı **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-300/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes Benz E240” minik markalı **-RC- *** dövlət qeydiyyat nişanlı və “JAC HFC3072K” yük markalı **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-154/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-154/2025
24.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver