Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-155/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1516/2021 saylı, 12.10.2021 -ci il tarixli icra sənədlərinin icrasının təmini məqsədi ilə Borclu Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayevin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 1516/2021 saylı, 12.10.2021-ci il tarixli icra sənədinə əsasən, 20 mart 2005-cı il təvəllüdlü X3 və 20 iyul 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı cavabdeh Borclu hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində aliment tutulub iddiaçı X1 xeyirinə ödənilməlidir. İcra sənədinin icrasına 14.10.2021-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı yeri müəyyən etmək olmamışdır. Qeyd edilənlərə əsasən, 09 03.1982-ci il təvəllüdlü, Bakı şəhəri, Nərimanov rayonu. X7 küçəsi, ev 15, mənzil 7 ünvanında qeydiyyatda olan Borclu Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimata əlavə edilmiş icra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən İcra sənədinin icrasına 14.10.2021-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmişdir. Belə halda onun məcburi gətərəlməsinə əsaslar qalmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1516/2021 saylı, 12.10.2021 -ci il tarixli icra sənədlərinin icrasının təmini məqsədilə 09 03.1982-ci il təvəllüdlü, Bakı şəhəri, Nərimanov rayonu. X7 küçəsi, ev 15, mənzil 7 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №8(005)-155/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-155/2022
11.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver