Məhkəmə qərarları › İş №8(005)-16/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-16/2021

07.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-16/2021 07.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Borclu ogluna məxsus avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 Borclu ogluna məxsus olan avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1802/2017 nömrəli, xx xxxxx 2017-ci il tarixli icra sənədinə əsasən üzrə borclular Borclu, X2 və X4 müştərək qaydada 5.453 (beş min dörd yüz əlli üç) ABŞ dolları məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə (“Nikoyl” X3) xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1287/2017 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli qərardadına əsasən borclu şəxslərdən Borclu mülkiyyətində olan “BMW 525” minik markalı, **-RR-*** dövlət nömrə nişanlı və “VAZ 21070” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Tələbkar xx xxxxxx 2020-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək, Borclu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1802/2017 nömrəli, xx xxxxx 2017-ci il tarixli icra sənədi üzrə Tələbkar Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliyinin qalmadığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq, icra sənədinin icrası təmin olduğu üçün Borclu mülkiyyətində olan “BMW 525” minik markalı, **-RR-*** dövlət nömrə nişanlı və “VAZ 21070” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 1287/2017 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “BMW 525” minik markalı, **-RR-*** dövlət nömrə nişanlı və “VAZ 21070” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işdə olan tələbkar "Tələbkar” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1802/2017 nömrəli, xx xxxxx 2017-ci il tarixli icra vərəqəsi tam icra olunaraq, borcun əsas məbləği ödənilmişdir (cərimə və faiz məbləği güzəşt edilmişdir). “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1287/2017 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli qərardadı ilə Borclu məxsus “BMW 525” minik markalı, **-RR-*** dövlət nömrə nişanlı və “VAZ 21070” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar