Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-165/2023 12.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-712/2022 nömrəli, xx.xx.2022- ci il tarixli qərardadı ilə Borclu MMC-yə məxsus «MAN TGA 33.350 6X4 BB WW» markalı **- JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımov tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımov məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 712/2022 nömrəli, xx.xx.2022- ci il tarixli qərardadı ilə Borclu MMC -yə məxsus «MAN TGA 33.350 6X4 BB WW» markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3515/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclundən 2325,66 manat ödənilməmiş əmək haqqı, 2361 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzi olmaqla cəmi 4686,66 manat alınıb tələbkar X3 xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqatlarının dəyəri olan 145 manatın 35 manatı Borclu MMC-dən, 110 manatı iddiaçı X2 alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0 002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01 3601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu MMC icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Sorğudan əldə olunmuş məlumata əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-712/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadı ilə Borclu MMC -yə məxsus "MAN TGA 33.350 6X4 BB WW" markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra məmuru borclu "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3515/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi tam təmin olunduğundan, yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbyacan Respublikası Qanununun müvafiq maddələrini rəhbər tutaraq Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-712/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu “Akkord Nəqliyyat" MMC -yə məxsus "MAN TGA 33.350 6X4 BB WW" markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3515/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclundən 2325,66 manat ödənilməmiş əmək haqqı, 2361 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzi olmaqla cəmi 4686,66 manat alınıb tələbkar X3 xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqatlarının dəyəri olan 145 manatın 35 manatı Borclu MMC-dən, 110 manatı iddiaçı X2 alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0 002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba ödənilməsi qət edilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-712/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu MMC-yə məxsus "MAN TGA 33.350 6X4 BB WW" markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. - Təqdimata əlavə olunmuş Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3515/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcun ödənilməsi tam şəkildə təmin olunduğundan icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Bu Məcəllənin 355-17.3-cü maddəsində nəzərdə tutulmuş qətnamə qəbul edildikdə bank və (və ya) onun aktivləri ilə bağlı əvvəllər qəbul edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımovun təqdimatını və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-712/2022 nömrəli, xx.xx.2022- ci il tarixli qərardadı ilə Borclu MMC -yə məxsus «MAN TGA 33.350 6X4 BB WW» markalı **- JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-712/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadı ilə Borclu MMC -yə məxsus «MAN TGA 33.350 6X4 BB WW» markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-165/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-165/2023
12.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver