Məhkəmə qərarları › İş №8(005)-167/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-167/2022

19.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-167/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, X1 nümayəndəsi və vəkili X6 iştirakı ilə, X1 borclu X3 qarşı “borc tələbi”nə dair mülki iş üzrə ərizəçi X2 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7203/2019 nömrəli, 15.07.2019-cu il tarixli qətnaməsinin icrasını dəyişdirərək borcun hissə-hissə ödənilməsinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 borclu X3 qarşı “borc tələbi”nə dair mülki iş üzrə ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7203/2019 nömrəli, 15.07.2019cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar qətnamənin icrasını dəyişdirərək borcun hissəhissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 7203/20İ9 nömrəli 15.07.2019-cu il tarixli qətnaməsi ilə ərizəçi X2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 33K saylı bağ sahəsi bərabər paylara bölünməklə bu əmlakın ½ hissəsinə X5, ½ hissəsinə onun mülkiyyət hüququ tanınmış, ərizəçinin mülkiyyətimdə olan “Kia Optima” minik markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil bərabər paylara bölünməklə, bu əmlakın ½ hissəsinə X5 ½ hissəsinə onun mülkiyyət hüququ tanınmış, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2930-cu məhəllə ünvanında yerləşən J binanın, 8-ci (yaşayış binasının 7-ci) mərtəbəsində ümumi sahəsi 125,76 kv.m. olan 3 otaqlı mənzilin dəyərindən ödənmiş 98.438 manat məbləğində pulun ½ hissəsi, yəni 49.219 manat məbləğində pul ərizəçidən X5 xeyrinə tutulmuşdur. Həmçinin həmin qətnaməyə əsasən ərizəçinin mülkiyyətində olan “Mercedes Benz GL- 550” markalı 90-GU- 333 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 23500 manat pul X5 xeyrinə tutulmuşdur. Beləliklə ərizəçinin tələbkar X9 ümumilikdə 72.719 manat borcu yaranmışdır. Həmin yaranmış məbləğin 62.550 manatını əmlakla əvəzləyərək tələbkarın da razılığı ilə Nərimanov Rayon İcra şöbəsi vasitəsilə ödəmiş, qalan borc məbləğini isə tələbkara 2021-ci ilədək hissə-hissə olmaqla 1000 (bir min ) manat, 2000 (iki min) manat, 500 (beş yüz) manat, 500 (beş yüz) manat olmaqla ödəmişəm. Lakin hal-hazırda o, hissə-hissə belə olsa məhkəmə qətnaməsini icra edə bilmir. Belə ki, "xxxx" QSC tərəfindən X9 13 iyun 2017-ci il tarixdə 009L**********11 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə X11 "xxxx" QSC ilə bağladığı 30.06.2017-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 (qırx min) manat məbləğində kredit götürülmüşdür. Kredit xətti müqaviləsi üzrə X5 "xxxx" QSC qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə ərizəçinin atası X14 "xxxx" QSC ilə bağladığı 29.06.2017-ci il tarixli 3M-1236 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 7 saylı evin 50 saylı mənzilini "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh X11 bank qarşısında öhdəliklərini icra etməkdən imtina etmişdir. Eyni zamanda cavabdeh X11 ipoteka müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırarsa bank faizlərinin və cəriməsinin hesablanacağını, son nəticədə borcun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldiləcəyini və mənzilin hərracda satılaraq, əldə edilən vəsaitin banka ödəniləcəyini bildiyi halda qəsdən bank qarşısında olan öhdəliyini icra etməkdən bilərəkdən yayınmışdır. Bundan sonra "xxxx" QSC Suraxanı Rayon Məhkəməsinə cavabdehlər X9, X8 və X10 qarşı “Kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(010)- 3393/2019 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 23514.38 manat əsas borc, 3923.92 manat faiz borcj, 82.06 manat cərimə olmaqla cəmi 27520.36 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra "xxxx" QSC yenidən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək “borcun ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələbin ödənilməsinə dair“ iddia qaldırmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və ipoteka predmeti tutmaya yönələrək, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 7 saylı evin 50 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 7 saylı evin 50 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra X14, X12 və X4 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəmə proseslərinin nəticəsi olaraq belə aydın olurdu ki, əgər banka olan borc ödənilməzsə mənzil açıq hərracdan satılaraq bankın mülkiyyətinə keçəcək, ərizəçi və ailə üzvləri mənzili boşaltmaq məcburiyyətində qalacaqlar. Beləliklə cavabdeh X11 əsas borclu olsa da onu və atasını öz üzərinə düşən öhdəliyi sonuncunun əvəzinə yerinə yetirmək məcburiyyətində qoymuşdur. 12.12.2020-ci il tarixdə ərizəçinin atası X14 vəfat etmiş, beləliklə də cavabdeh X10 münasibətdə icra vərəqəsinə xitam verildikdən sonra məcbur qalaraq atasına məxsus evi satıb cavabdehin əvəzinə 20.000 (iyirmi min) manat borcu ödəmişdir. Hazırki vaxtda maddi vəziyyəti çox ağır olduğundan və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun birdəfəlik ödənilməsi mümkün olmadığından yuxanda qeyd edilən qətnamənin icrasını dəyişdirərək borcun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X13 ərizənin təmin olunmaması və qətnamə üzrə borcun tam olaraq ödənilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilsə də, icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata təqdim edilmiş materiallar əsasında icra məmuru və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını təqdim edilmiş ərizə ilə birlikdə tədqiq edərək hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7203/2019 nömrəli, 15.07.2019-cu il tarixli qətnaməsinin icrasını dəyişdirərək borcun hissə-hissə ödənilməsi barədə borclu X2 ərizəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kutic Xorvatiyaya qarşı” iş üzrə 1 mart 2002-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə məhkəmənin bir sira fərdlərə məhkəmədə mülki iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. Eyni mövqeni təkrarlayaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çuykina Ukraynaya qarşı” iş üzrə 13 yanvar 2011-ci il tarixli Qərarında bir daha qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tərəflərə verilən prosessual təminatların təfsilatı ilə izah edilməsi müqabilində mülki mubahisələrin qəti həllinin təmin edilməməsi ağlasığmaz olardı. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Göstərilən əsaslardan çıxış edərək məhkəmə hesab edir ki, qətnamənin icrasının hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qətnamənin icrasının hissəhissə icra edilməsi, möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Ərizədən göründüyü kimi borclunun hal-hazırda məqsədi ödəniş qabiliyyətinin olmaması və ya çox aşağı olması və s. kimi ərizədə qeyd edilən hallar müstəsna hal kimi qiymətləndirilə bilməz. Bundan başqa qətnamənin icrasını çətinləşdirən əsaslarla bağlı hər hansı sübut ərizəyə əlavə edilməmiş, habelə belə sübutların əlavə edilməsi üçün ərizəçilər təxirə salınmış təkrar məhkəmə iclasında iştirak etməyərək həmin sübutları məhkəmə iclasında təqdim etməmişlər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, borclunun hal-hazırda məqsədi ödəniş qabiliyyətinin olmaması və ya çox aşağı olması və s. kimi ərizədə qeyd edilən hallar müstəsna hal kimi qiymətləndirilə bilməz. Bundan başqa qətnamənin icrasını çətinləşdirən əsaslarla bağlı hər hansı sübut ərizəyə əlavə edilməmiş, habelə belə sübutların əlavə edilməsi üçün ərizəçi məhkəmə iclasında təkrar iştirak etməyərək həmin sübutları məhkəmə iclasında təqdim etməmişdir. Eyni zamanda icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmadığından, hazırki ərizədə qeyd edilən əsaslarla qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizə əsaslı hesab edilərək təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7203/2019 nömrəli, 15.07.2019-cu il tarixli qətnaməsinin icrasını dəyişdirərək borcun hissə-hissə ödənilməsinə dair ərizəçi X7 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar