Məhkəmə qərarları › İş №8(005)-168/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-168/2024

18.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-168/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3401/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri 51 saylı Notariat Kontorunin 8İ-4333 nömrəli, xx.xx.2023- cü il tarixli, Bakı Şəhəri 38 Saylı Notariat Kontorunun 8İ-4088 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə borclunun polis orqanı vasitəsi ilə məcburi qaydada gətirilməsinə dair icra məmurunun təqdimatı baxılması məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımov icra sənədi üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3401/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri 51 saylı Notariat Kontorunin 8İ-4333 nömrəli, xx.xx.2023- cü il tarixli, Bakı Şəhəri 38 Saylı Notariat Kontorunun 8İ-4088 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu polis orqanı vasitəsi ilə məcburi qaydada gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e- 2(005)-3401/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədiinə əsasən Borclu cəmi 1070.19 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınıb tələbkar “Bank Respublika" ASCnin xeyrinə ödənilməlidir. Bakı Şəhəri 51 saylı Notariat Kontorunun 8İ-4333 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 698.21 manat məbləğində pu vəsaiti və 25 tutularaq Tələbkar2 xeyrinə ödənilməlidir. Bakı Şəhəri 38 Saylı Notariat Kontorunun 8İ-4088 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 425.59 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309/2023 nömrəli, xx.xx.2023-cı il tarixli icra sənədinə əsasən Borclu 539.05 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumu tutularaq tələbkar "X2" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədləri icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbu edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Eyni zamanda tələbkar elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək təqdimata tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını və təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, təqdimatı, təqdimata əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-3401/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədiinə əsasən Borclu cəmi 1070.19 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınıb tələbkar “Bank Respublika" ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri 51 saylı Notariat Kontorunun 8İ-4333 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 698.21 manat məbləğində pu vəsaiti və 25 tutularaq Tələbkar2 xeyrinə ödənilməlidir. Bakı Şəhəri 38 Saylı Notariat Kontorunun 8İ-4088 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 425.59 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309/2023 nömrəli, xx.xx.2023-cı il tarixli icra sənədinə əsasən Borclu 539.05 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumu tutularaq tələbkar "X2" Açiq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş materiallarından müəyyən edilir ki, icra sənədləri icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbu edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinə əsasən, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Qanunvericiliyin mənasına görə borclunun icra şöbəsinə məcburi gətirilməsi yalnız, onun icra məmurunun çağırışına məhəl qoymadığı, yəni müəyyənləşdirilmiş qaydada dəvət olunmasına baxmayaraq, bundan imtina etdiyi təqdirdə mümkündür. Məhkəmə iş materiallarını araşdırıb borclunun məhkəmə qərarının icrasına münasibətini, o cümlədən qərarın icrasından boyun qaçırması və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsini nəzərə alaraq hesab edir ki, Borclu Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımov icra sənədi üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3401/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri 51 saylı Notariat Ofisinin 8İ-4333 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri 38 Saylı Notariat Ofisinin 8İ-4088 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu Nərimanov Rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar