Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-172/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2069/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1955/2018 saylı, xx.xx.2018ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1953/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2069/2016 saylı, xx.xx.2016-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1955/2018-saylı, xx.xx.2018-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1953/2018-saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan “Volkswagen Passat“ minik markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 120519/16 №-li iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-2069/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 820 manat məbləğində pul vəsaiti və 21 manat dövlət rüsumu tutularaq Tələbkar1 MMCnin xeyrinə ödənilməlidir. 66350/18 №-li iş üzrə Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-1955/2018-saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 1950 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar2 xeyrinə ödənilməlidir. 66351/18 №-li iş üzrə Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1953/2018- saylı. xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 1815,50 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar2 xeyrinə ödənilməlidir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müxtəlif orqanlara sorğular edilmiş və portal çıxarışına əsasən Borclu mülkiyyətində olan “Volkswagen Passât” minik markalı, 90-3N-760 dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. İcra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2069/2016 saylı, xx.xx.2016-cı il tarixli əmrinə əsasən Borclu 820 manat məbləğində pul vəsaiti və 21 manat dövlət rüsumu tutularaq Tələbkar1 MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərar və eyni tarixli bildirişin surətlərindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1953/2018 saylı, xx.xx.2018-ci il tarixli əmrinə əsasən Borclu kreditor Tələbkar2 xeyrinə 1815,5 manat pulun tutulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərar və eyni tarixli bildirişin surətlərindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1955/2018 saylı, xx.xx.2018-ci il tarixli əmrinə əsasən kreditor Tələbkar2 xeyrinə Borclu 1950 manat pulun tutulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərar və eyni tarixli bildirişin surətlərindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2069/2016 saylı, xx.xx.2016-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1955/2018-saylı, xx.xx.2018-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1953/2018-saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinə əsasən Nərimanov rayon icra şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda 66350/2018 nömrə ilə birləşdirilmişdir. İş materiallarında olan elektron icra sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində olan “Volkswagen Passât” minik markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədlərinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədlərinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu, icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus daşınmaz əmlakın mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədləri könüllü icra edilmədiyindən, icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilərək, Borclu məxsus “Volkswagen Passat” minik markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2069/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1955/2018 saylı, xx.xx.2018ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1953/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Volkswagen Passat” minik markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-172/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-172/2024
13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver