Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-176/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-372/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4290/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasının təmini məqsədi ilə Borclu polis orqanı vasitəsi ilə Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayev Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-372/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4290/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu polis orqanı vasitəsi ilə Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayev təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 2578/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən, Borclu hər ay xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 87 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4290/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Borclu hər ay xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 273 manat ssbit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədlərinin icrasına xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı yeri müəyyən etmək olmamışdır. Bu səbəbdən icra məmuru Borclu polis orqanı vasitəsi ilə Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2578/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən, Borclu hər ay xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 87 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməli qət edilmişdir. ` - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4290/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Borclu hər ay xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 273 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməli qət edilmişdir. - İcra məmurunun icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarının surətindən görünür ki, icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmiş və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. - Borclu göndərilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli bildirişlərdən görünür ki, borcluya borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 84.1.-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). - 84.2.-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. - 84.3.-cü maddəsinə əsasən Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. - 84.4.-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Beləliklə məhkəmə təqdimatı araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-372/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4290/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-372/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4290/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə tapşırılsın. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-176/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-176/2023
02.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver