Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-18/2021 18.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Nərimanov Rayon Məhkəməsinin 8(005)-853/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan "Mercedes Benz yük” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rafail Səfərov Borclu məxsus olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2509/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclular X1 və Borclu cəmi 11940,95 ABŞ dolları məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumu tutularaq tələbkar Bank “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2016-cı il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcra tədbirləri zamanı Borclu adına "Mercedes Benz yük” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmiş və həmin əmlak üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-853/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan "Mercedes Benz yük” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə icraata xitam verildiyindən Borclu mülkiyyətində olan adına “Mercedes Benz yük” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq, Nərimanov Rayon Məhkəməsinin 8(005)-853/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Borclu mülkiyyətində "Mercedes Benz yük” markalı, **- CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru, tələbkar və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş tələbkar "Bank xxxx" ASC-nin Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı ərizədən görünür ki, borclular X2 və Borclu barəsində olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-2f09/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinin tələblərinə əsasən xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclunun Banka borcu olmadığından təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 8(005)-853/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan "Mercedes Benz yük” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №8(005)-18/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-18/2021
18.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver