Məhkəmə qərarları › İş №8(005)-18/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-18/2025

17.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-18/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyev Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2997/2018-011 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyev qeyd olunan icra sənədi üzrə Borclu Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatdan və icra işinin materiallarından görünür ki, İcra sənədi üzrə Borclu 360 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Bakı, Nərimanov, A.M.Cümə küç.ev.16 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə tərəfimizdən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qərar qəbul etməyiniz Sizdən xahiş olunur. Tələbkar "xxxx" MMC elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, iclasın onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini və təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Borclu və icra məmuruna təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədiilə təqdimat təmin edilməlidir. Bеlə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2997/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 360 manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə 20 manat məbləğində pul tutulmalıdır. xx.xx.2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərara əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2997/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat başlanmışdır. xx.xx.2024-cü il tarixli “borclunun məcburi gətirilməsi” haqqında qərara əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küç.ev.16 ünvanında yaşayan Borclu məcburi qaydada Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 129-cu maddəsinə əsasən,“Məhkəmənin qəbul еtdiyi qərаrlаr dövlətin аdındаn çıхаrılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 15.2-ci mаddələrinə əsаsən,“Məhkəmələrin qаnuni qüvvəyə minmiş qətnаməsi, qərardadı, qərarı və əmri bütün dövlət hаkimiyyəti, yеrli özünüidаrə оrqаnlаrı, оnlаrın vəzifəli şəхsləri, ictimаi birliklər, siyаsi pаrtiyаlаr, həmkаrlаr ittifаqlаrı, оnlаrın vəzifəli şəхsləri, həmçinin fiziki və hüquqi şəхslər üçün məcburidir və Аzərbаycаn Rеspublikаsının bütün ərаzisində hökmən icrа оlunmаlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, “Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (maddə 2.1). Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (maddə 3.1). İcrа məmurunun çağırışı ilə gəlməkdən və yа icrа hərəkətlərinin həyаtа kеçirildiyi yеrə gəlməkdən üzrsüz səbəbdən yаyınаn şəхslər bаrəsindəməhkəmənin qərаrı əsаsındа məcburi gətirilmə tədbiri tətbiq оlunur (maddə 84.2). Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur” (maddə 84.3). Təqdimata əlavə edilmiş sənədlərdən də aşkar surətdə göründüyü kimi, borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də məhkəmə hesab edir ki, borclu Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2997/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küç.ev.16 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə məcburi gətirilsin. Qərardaddan 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar