Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-182/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Yasamal rayon Məhkəməsinin 2(004)-2519/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borcun ödənilməsinin təmini məqsədi ilə Nərimanov Rayon Məhkəməsinin 8(005)-593/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu mülkiyyətində olan nəqliyyat vasitələri üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Elzamin İsayevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru Elzamin İsayev təqdimatla məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2519/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borcun ödənilməsinin təmini məqsədi ilə Nərimanov Rayon Məhkəməsinin 8(005)-593/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu məxsus avtomobillərin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2519/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 2290 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq "Tələbkar” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya bildiriş və tərəflərə məlumat göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2519/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borcun ödənilməsinin təmini məqsədi ilə tələbin Borclu məxsus “QAZ 2410” minik markalı, **-BU- *** dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata" minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə Nərimanov Rayon Məhkəməsinin 8(005)-593/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Tələbkar “Tələbkar" ASC-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən icra sənədi üzrə borc qalmadığı məlum olmuş, icraata xitam verilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Nərimanov Rayon Məhkəməsinin 8(005)-593/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2519/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsəd iлə Borclu mülkiyyətində olan "QAZ 2410" minik markalı (Buraxılış ili-1988, Ban-1228964, rəngi-fil sümüyü) **-BU-*** dövlət qeydiyyat nişanlı və "Hyundai Sonata" minik markalı, (Buraxılış ili - 1998, Ban-KMHCF31FPWU890716. rəngigümuşü met) **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Hazırda tələbkar LPO "Tələbkar” ASC Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə müraciət edərək, Borclu və X2 borcunu tam ödədiyini və icraata xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: 23.1.1-ci Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir; 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir; 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi qanunvericliklə müəyyən edilmiş müddətlərdə icra edilmədikdə icra məmurları tərəfindən məcburi icra tədbirlərin keçirilməsi üçün əsas yaranır. Göründüyü kimi icra sənədi üzrə borclunun hazırda borcu yoxdur, icraata xitam verilmişdir, bu da öz növbəsində Borclu mülkiyyətində olan "QAZ 2410" minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı və "Hyundai Sonata" minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərinə qoyulmuş həbs götürülməsini hüquqi baxımdan şərtləndirir. Bu səbəbdən təqdimat təmin edilməli, borclunun avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olanlara əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini, Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-593/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan "QAZ 2410" minik markalı (Buraxılış ili-1988, Ban- 1228964, rəngi-fil sümüyü) **-BU-*** dövlət qeydiyyat nişanlı və "Hyundai Sonata" minik markalı, (Buraxılış ili - 1998, Ban-KMHCF31FPWU890716, rəngi-gümuşü met) **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №8(005)-182/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-182/2021
21.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver