Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-184/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-315/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu X6 məxsus torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rauf Quliyev məhkəməyə təqdimatla müraciət edərək, X7 adına Reyestr nömrəsi **********51 olan 0.12 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, cavabdeh X1 30.000 manat məbləğində əsas borc və 2500 manat məbləğində gecikmə faizi olmaqla, cəmi 32.000 manat pul və 180 manat dövlət rüsumu alınaraq, iddiaçı X4 ödənilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına daxil olmuş, 135613/2023 saylı icra işi açılmışdır. Eyni zamanda iş üzrə borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. İcraat zamanı borclu X2 adına Reyestr nömrəsi **********51 olan 0.12 ha torpaq sahəsinə yönəldilməsi üçün Bakı şəhər Nərimanov rayon Məhkəməsinə təqdimat verilmiş və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 8(005)-315/2024 saylı qərardadına əsasən həmin torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələb tam olaraq təmin edildiyi üçün Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-559/2023 saylı qərarının icraatına xx.xx.2025-ci il tarixli qərarla xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıda qeyd edilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Quba Rayon Məhkəməsinin 2(005)-559/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, qətnamə ilə cavabdeh X1 30000 manat məbləğində əsas borc və 2500 manat məbləğində gecikmə faizi olmaqla, cəmi 32500 manat pul və 180 manat dövlət rüsumunun alınaraq, iddiaçı X4 ödənilməsi qət edilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-315/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-559/2023 saylı,xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu X5 mülkiyyətində olan Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır; - X3 Quba rayonu İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubunun surətindən görünür ki, icra sənədi üzrə borc ödənilmişdir, həbsin götürülməsinə etirazı yoxdur; - İcra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Quba Rayon Məhkəməsinin 2(005)-559/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. Qanunun 20.2 və 20.3-cü maddələrinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, icra sənədi tam icra edildiyindən və icra sənədi üzrə icraata xitam verildiyindən torpaq sahəsinin üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-315/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə X5 mülkiyyətində olan Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-315/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 mülkiyyətində olan Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-184/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-184/2025
05.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver