Məhkəmə qərarları › İş №8(005)-19/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-19/2021

22.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-19/2021 22.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, Borclu məxsus Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-852/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə “əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi” barədə Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Rafail Səfərov tərəfindən verilmiş təqdimata Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rafail Səfərov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-2509/2016 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu adına olan ”VAZ 21214 minik” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-852/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən, təqdimat təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2509/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu adına olan “VAZ 21214 minik” markalı, 90- HN-424 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Rafail Səfərov təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 8(005)- 852/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Borclu mülkiyyətində “VAZ 21214 minik” markalı, **-HN-*** minik markalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Tərəflərə və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və təqdimata baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə təqdimata tərəflərin və icra məmurunun iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə , təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş üzrə tələbkarın şöbəyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli ərizəyə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2509/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.2 və 20.1.5-ci maddəsinə əsasən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası “İcra haqqında” Qanununun: 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-852/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21214 minik” markalı, 90- HN-424 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar