Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-190/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3943/2021 nömrəli, 20.08.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu X3 məxsus əmlak üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3943/2021 nömrəli, 20.08.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X3 məxsus əmlak üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3943/2021 nömrəli, 20.08.2021-ci il tarixli icra sənədinə əsasən X1 cəmi 286,23 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “AG Telekom" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icraata müvafiq olaraq 27.09.2021-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borcluya göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borcluya xəbərdarlıq məktubu göndəri ərək tələbin yerinə yetirilməsi və bu barədə şöbəyə məlumat verilməsi tələb olunmuşdur. Lakin icra sənədinin icrası təmin edilməmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyəti yoxlanılmış, “Elektron İcra" İnformasiya Sistemindən çıxarışdan məlum olmuşdur ki, “OPEL ASTRA" minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil borclu X2 mülkiyyətindədir. Qeyd edilənlərə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3943/2021 nömrəli, 20.08.2021-ci il tarixli icra sənədinə əsasən icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə X3 məxsus, “OPEL ASTRA" minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarına əlavə edilmiş “Elektron İcra” İnformasiya Sistemindən çıxarışın surətindən görünür ki, X3 məxsus, “OPEL ASTRA" minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. Məhkəmə ödəniləcək borc məbləğini nəzərə alaraq hesab edir ki, müvafiq icra vərəqəsi üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3943/2021 nömrəli, 20.08.2021-ci il tarixli icra sənədinə əsasən icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə X3 məxsus, “OPEL ASTRA" minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3943/2021 nömrəli, 20.08.2021-ci il tarixli icra sənədinə əsasən icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə X3 məxsus, “OPEL ASTRA" minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №8(005)-190/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-190/2022
29.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver