Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-191/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımovun tələbkarın tələbindən imtinasının qəbul edilməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımov məhkəməyə təqdimatla müraciət edərək, Tələbkar Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-2578/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “Nissan Sunny minik” markalı, 99- XK-110 qeydiyyat nişanlı və “Lexus LX570 minik” markalı, **- MM-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin 1\2 hissədə pay bölgüsünə dair tələbdən imtinası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2578/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən 166 nömrəli mənzil, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan ünvanında yerləşən 93 saylı bağ evi, Şabran rayonu, Sincanboyad kəndində yerləşən 1.08 ha torpaq sahəsi, Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində yerləşən 0.20 ha torpaq sahəsi, Qusar rayonu, Çiləgir kəndində yerləşən 0.06 ha torpaq sahəsi, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsi, “Nissan Sunny minik“ markalı, 99- XK-110 qeydiyyat nişanlı və "Lexus LX570 minik” markalı, **-MM-*** qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərində 1/2 hissədə Tələbkar, 1/2 hissədə Borclu payları müəyyən edilməlidir. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 50 manat pulun 40 (qırx) manatı cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Tələbkar Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2578/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədininin “Nissan Sunny minik” markalı, 99- XK-110 qeydiyyat nişanlı və “Lexus LX570 minik” markalı, **-MM-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin 1/2 hissədə pay bölgüsünə dair hissəsinin icra olunması tələbindən imtina etdiyinə dair xx.xx.2024-cü il tarixli ərizə ilə şöbəyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borclu, tələbkar və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən və məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2578/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən 166 nömrəli mənzil, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan ünvanında yerləşən 93 saylı bağ evi, Şabran rayonu, Sincanboyad kəndində yerləşən 1.08 ha torpaq sahəsi, Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində yerləşən 0.20 ha torpaq sahəsi, Qusar rayonu, Çiləgir kəndində yerləşən 0.06 ha torpaq sahəsi, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsi, “Nissan Sunny minik” markalı, **- XK-*** qeydiyyat nişanlı və “Lexus LX570 minik” markalı, **-MM-*** qeydiyyat nişanlı avtomobillər üzərində ½ hissədə Tələbkar, ½ hissədə Borclu payları müəyyən edilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərara və tələbin könüllü icrası barədə 05.1.2023-cü il tarixli bildirişə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2578/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin 10 gün ərzində könüllü icrası barədə bildiriş Borclu göndərilmişdir. İş materiallarında olan X1 imzası ilə təsdiq edilmiş Nərimanov Rayon İcra Şöbəsinin rəisi Zaur Abdullayevə ünvanlanan ərizəsinin surətindən görünür ki, o, qarşılıqlı razılığa gəlinməsi səbəbindən tələbindən imtina etdiyini bildirmiş və tələbdən imtinaya dair qərardad qəbul edilməsi məqsədilə məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinin tələbinə görə, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, hazırki iş üzrə tələbkar icra şöbəsinə ərizə təqdim edərək tələbindən avtomobillərə aid hissədə imtina etdiyini bildirmiş və ərizəni imzası ilə təsdiq etmişdir. Məhkəmə həmin imtinanın qanunazidd olması ilə bağlı heç bir əsas aşkar edilmədiyindən hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımovun Tələbkar tələbdən imtinasının qəbul edilməsi barədə təqdimatı təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımovun təqdimatı təmin edilsin. Tələbkar Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-2578/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “Nissan Sunny minik” markalı, 99- XK-110 qeydiyyat nişanlı və “Lexus LX570 minik” markalı, **-MM-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin 1\2 hissədə pay bölgüsünə dair tələbindən imtinası qəbul edilsin. Qərardaddan tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-191/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-191/2024
18.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver