Məhkəmə qərarları › İş №8(005)-192/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-192/2022

12.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-192/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2513/2021 nömrəli, 21.05.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalov müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2513/2021 nömrəli, 21.05.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə tələbin borclunun daşınar əmlakına yönəldilməsi məqsədilə Borclu məxsus “VAZ 2106” minik markalı, **-GS- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2513/2021 nömrəli, 21.05.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 314 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 02.08.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Borclu tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmişdir. Tələb olunan vəsaitin ödənilməsi məqsədi ilə 'Elektron İcra' X1 İşlər Nazirliyinin müvafiq elektron informasiya sistemi ilə inteqrasiyası nəticəsində əldə edilmiş məlumata əsasən Borclu məxsus “VAZ 2106” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəməyə gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata təqdim edilmiş materiallar əsasında tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2513/2021 nömrəli, 21.05.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 314 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. - İcra məmurunun icraata başlamaq haqqında qərarının surətindən görünür ki, icra məmuru icraata başlamaq haqqında 02.08.2021-ci il tarixdə qərar qəbul etmiş və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir - Borclu haqqında məlumatlardan görünür ki, borclunun mülkiyyətində üzərinə həbs qoyulması istənilən “VAZ 2106” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. - Borclu haqqında məlumatlardan görünür ki, Borclu ünvan 1 ünvanında qeydiyyatdadır. "İcra Haqqında" Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbulolunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2513/2021 nömrəli, 21.05.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “VAZ 2106” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü və 266-268-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2513/2021 nömrəli, 21.05.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “VAZ 2106” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar