Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-194/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3430/2021 saylı, 07.10.2021-ci il tarixli icra sənədi üzrə tələbkar “Paşa Sığorta' ASC-nin tələbdən imtinasının qəbul olunması tələbdən imtinasının qəbul olunması barədə təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3430/2021 saylı, 07.10.2021-ci il tarixli icra sənədi üzrə tələbkar “Paşa Sığorta' ASC-nin tələbdən imtinasının qəbul olunması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin e-2(005)-3430/2021 saylı, 07.10.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 30.4 manat dövlət rüsumu olmaqla, cəmi 143273,56 manat məbləğində pul vəsaiti tutularaq “Paşa Sığorta" ASC- nin xeyirinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına 16 11.2021 -ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmişdir. Tələbkar "xxxx" ASC 09.02 2022-ci il tarixdə şöbəyə müraciət edərək borc məbləğinin Borclu Əl oğluna bağışlandığını bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən, Nərimanov rayon Məhkəməsinin e-2(005)-3430/2021 saylı, 07.10.2021-ci il tarixli icra sənədi üzrə tələbkar “Paşa Sığorta" ASC-nin tələbdən imtinasının qəbul olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni araşdırıb hesab edir ki, təqdimat təmin olunmalı, Nərimanov rayon Məhkəməsinin e-2(005)-3430/2021 saylı, 07.10.2021-ci il tarixli icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin tələbdən imtinası qəbul olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinin tələbinə görə, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3430/2021 saylı, 07.10.2021-ci il tarixli icra sənədi üzrə tələbkar “Paşa Sığorta' ASC-nin tələbdən imtinası qəbul olunsun. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №8(005)-194/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-194/2022
29.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver