Məhkəmə qərarları › İş №8(005)-195/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-195/2022

28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-195/2022 28.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X2 28.10.2021-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarından X4 MMC tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 MMC məhkəməyə şikayət ilə müraciət edərək, Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X2 28.10.2021-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı 17.10.2019-cu il tarixli icra vərəqəsinə əsasən 33421 manat pul vəsaiti Avesta Konserni MMC-dən tutularaq X3 ödənilməlidir. Avesta Konserni MMC-nin maliyyə durumu pis olduğundan və ödəniş qabiliyyəti olmadığından, borcun ödənilməsi üçün ona məxsus iki ədəd ümumi sahəsi 27.68 kv.m qaraj sahəsini İcra Şöbəsinə təqdim edib. Bundan sonra İcra Şöbəsi qeyd edilən əmlakın üzərinə həbs qoymuş və 27680 manat qiymət qoyularaq hərraca çıxarılmışdır. Qeyd edilən əmlaklar hərracda satılmamışdır. Lakin icra məmuru qeyd edilən əmlakı borcluya təklif etmək əvəzinə yenidən qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul etmişdir. Bununla da icra məmuru həm onun hüquqlarını, həm də qanunvericiliyin tələblərini və prosessual ardıcıllığını pozmuş olur. Çünki ilkin qiymətləndiricinin rəyini hər ikisi qəbul etmiş və bu qiyməti mübahisələndirməmişdir. Lakin icra məmuru qanunvericiliyin tələblərinə əsasən əmlakı qarşı tərəfə borcun əvəzinə təklif etmək əvəzinə, yenidən qiymətləndirici dəvət etmişdir. X4 MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinov məhkəmə iclasında Avesta Konserni MMC tərəfindən verilmiş şikayəti əsassız hesab edərək, şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə şikayəti və ona əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarında olan Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun 19.05.2021-ci il tarixli qiymətləndiricinin təyin edilməsi haqqında qərarından müəyyən olunur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.10.2019cu il tarixli, 2(005)-370/2019 saylı icra sənədinə əsasən borclu "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan ünvanda inşa edilmiş və 18.11.2014cü il tarixli 96 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 «B» literli yaşayış binasının 89 saylı mənzilinin əskik gələn 28,35 kv.m sahəsi üçün X6 tərəfindən artıq ödənilmiş 33.421 (otuz üç min dörd yüz iyirmi bir) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu borclu "xxxx" MMC-dən tutularaq tələbkar X3 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsi tərəfindən X4 MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi 74 ünvanında yerləşən 27,68 kv.m qaraj sahəsinin üzərinə həbs qoyulması üçün təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 8(005)-104/2021 saylı, 25.02.2021-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilmişdir. Avesta Konserni MMC-nə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi 74 ünvanında yerləşən 27,68 kv.m qaraj sahəsinin qiymətləndirilməsi üçün “Tərəqqi" MMCdən nümayəndə dəvət edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin Hərracın baş tutmamasına dair yekun protokolundan görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 02.06.2021-ci il tarixli, 7514/152113/20-15-18 saylı sifarişi əsasında "xxxx" MMC-nə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi pr-ti 74 ünvanında yerləşən 27,68 kv. m. qaraj sahəsinin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 24 avqust 2021-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Hərracın keçirilməsinin tarixi və yeri barədə kütləvi informasya vasitələrində, eləcə də "xxxx" MMC-nin rəsmi internet saytında elan verilməklə, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 24 avqust 2021-ci il, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmiş açıq harrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bu barədə məlumat hərracın təşkilatçısının rəsmi internet saytında (e-herrac.com) yerləşdirilmiş, eləcə də bu barədə maraqlı şəxslərə bildiriş göndərilmişdir. Bundan sonra təkrar hərrac 03 sentyabr 2021-ci il tarixinə, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə elan “Şərq” qəzetində (bax “Şərq” qəzeti 26.08.2021, № 152 (5433)) dərc olunmuş və həmin elan eyni zamanda hərracın təşkilatçısının rəsmi internet saytında (e-herrac.com) yerləşdirilmiş, eləcə də bu barədə maraqlı şəxslərə bildiriş göndərilmişdir. 03 sentyabr 2021-ci il tarixə təyin edilmiş növbəti təkrar hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və növbəti təkrar hərrac 13 sentyabr 2021-ci il tarixinə təyin edilmişdir. Növbəti təkrar hərrac barədə elan “Şərq” qəzetində (bax “Şərq” qəzeti 04.09.2021, №159 (5440) ) dərc olunmuş və hərracın təşkilatçısının rəsmi internet saytında (e-herrac.com) yerləşdirilmiş, eləcə də bu barədə maraqlı şəxslərə bildiriş göndərilmişdir. 13 sentyabr 2021-ci il tarixinə 11:00 (növbəlik qaydasında) təyin edilmiş təkrar hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və növbəti (sonuncu) təkrar hərracın 24 sentyabr 2021-ci il tarixə təyin edilməsi ilə bağlı elan “Şərq” qəzetində (bax “Şərq” qəzeti 14.09.2021, № 165 (5446)) dərc olunmuş və hərracın təşkilatçısının rəsmi internet saytında bu elan (e-herrac.com) yerləşdirilmiş, eləcə də bu barədə maraqlı şəxslərə bildiriş göndərilmişdir. 24 sentyabr 2021-ci il tarixinə saat 11:00-a (növbəlik qaydasında) təyin edilmiş hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Göründüyü kimi, Avesta Konserni” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi pr-ti 74 ünvanında yerləşən 27,68 kv. m. qaraj sahəsinin açıq hərracda satışının keçirilməsi baş tutmamış və "xxxx" MMC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 02.06.2021-ci il tarixli, 7514/152113/20-15-18 saylı sifarişinin növbəti tədbirlərin görülməsi məqsədi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə qaytarılmışdır. Bu səbəbdən də Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun 28.10.2021-ci il tarixli qiymətləndiricinin təyin edilməsi haqqında qərar qəbul etmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X2 28.10.2021-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarının qəbul edilməsinə əsas olan halların mövcudluğu sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun 28.10.2021-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarının ləğv edilməsi barədə X4 MMC tərəfindən verilmiş şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilmədi. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 MMC Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun 28.10.2021-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarının ləğv olunmasına dair şikayəti təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar