Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-196/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-273/2021 nömrəli, 23.02.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev təqdimatla müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-273/2021 nömrəli, 23.02.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Range Rover” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 273/2021 nömrəli, 23.02.2021-ci il tarixli icra sənədinə əsasən 110000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borclular X2, X3 və X1 bərabər hissələrdə (hər birindən 1/3 hissədə) tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 124 manat məbləğində pul vəsaiti bərabər hissələrdə borclular X2, X3 və X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxslərin əmlak vəziyyətinin yoxlanması məqsədilə müxtəlif orqanlara sorğular edilmiş və portal çıxarışına əsasən borclu X4 həyat yoldaşı Borclu mülkiyyətində “Range Rover” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-273/2021 nömrəli, 23.02.2021-ci il tarixli icra sənədinə əsasən 110000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borclular X2, X3 və X1 bərabər hissələrdə (hər birindən 1/3 hissədə) tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 124 manat məbləğində pul vəsaiti bərabər hissələrdə borclular X2, X3 və X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. - Borclular haqqında məlumatlardan görünür ki, borclu X4 həyat yoldaşı Borclu mülkiyyətində üzərinə həbs qoyulması istənilən “Range Rover” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-273/2021 nömrəli, 23.02.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi borclu X4 həyat yoldaşı Borclu mülkiyyətində olan “Range Rover” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-273/2021 nömrəli, 23.02.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Range Rover” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Borclu mülkiyyətində olan “Range Rover” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 idarəsinə həvalə edilsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə və Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-196/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-196/2022
24.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver