Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-203/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-459/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadənin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadə məhkəməyə təqdimatla müraciət edərək, Nərimanov rayon Məhkəməsinin 8(005)-459/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5225/2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu 7807 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar Şixəli oğlunun xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü tarixdə Qaradağ rayon icra şöbəsinin icratına daxil olmuş, həmin tarixdə icraata başlanılmış, icraata başlamaq haqqında qərarın surəti tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə göndərilmişdir. İcra sənədinə “İcra haqqında" Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu borcu tam ödədiyini bildirmiş və təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıda qeyd edilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5225/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, qətnamə ilə cavabdeh Borclu 7807 manat pulun alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-459/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5225/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus ünvan 2 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır; - Tələbkar Nərimanov İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, icra sənədi üzrə borc ödənilmişdir, icraata xitam verilməsi xahiş olunmuşdur; - İcra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(103)-5225/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. Qanunun 20.2 və 20.3-cü maddələrinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, icra sənədi tam icra edildiyindən və icra sənədi üzrə icraata xitam verildiyindən mənzilin üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-459/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 38, M3, 9 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-459/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-203/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-203/2025
13.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver