Məhkəmə qərarları › İş №8(005)-21/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-21/2023

09.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-21/2023 09.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3790/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənədi üzrə Borclu məxsus “MERCEDES BENZ C180” minik markalı **-RH-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ C180” minik markalı **-RD-*** dövlət qeydiyyat nişanlı və MERCEDES BENZ C230” minik markalı **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat .asitələrinin üzərinə həbs qoyulmasına dair təqdimatı və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin e-2(005)-3790/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənədi üzrə Borclu məxsus “MERCEDES BENZ C180” minik markalı **- RH-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ C180” minik markalı **-RD-*** dövlət qeydiyyat nişanlı və MERCEDES BENZ C230” minik markalı **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat .asitələrinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 3790/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2147 manat məbləğində pul vəsaiti və 43 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci ildə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borcluya poçt vasitəsi ilə göndərilmişdir. “Elektron İcra” informasiya sistemindən əldə edimiş çıxarışa əsasən Borclu məxsus “MERCEDES BENZ C180” minik markalı **-RH-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ C180” minik markalı **-RD-*** dövlət qeydiyyat nişanlı və “MERCEDES BENZ C230” minik markalı **- KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin olması müəyyən olmuşdur. Tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat qismən təmin edilməlidir. İcra haqqında Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarından aydın olur ki, icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün Borclu məxsus “MERCEDES BENZ C180” minik markalı **-RH-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ C180” minik markalı **-RD-*** dövlət qeydiyyat nişanlı və “MERCEDES BENZ C230” minik markalı **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması xahiş olunur. İcra məmuru borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, təqdimata əlavə etdiyi son sorğulama tarixinin xx.xx.2018-ci il olduğu çıxarışdan sözügedən 3 sayda nəqliyyat vasitəsinin həmin tarixdə borclunun mülkiyyətində olduğu görünür. Lakin “AZEMİS” elektron məhkəmə informasiya sistemində şəxsin mülkiyyətində olan yol nəqliyyat vasitələri barədə məlumatlardan yalnız “MERCEDES BENZ C180” minik markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin borclunun mülkiyyətində olduğu görünür. Digər iki avtomobilin borclunun mülkiyyətində olması faktı işin materialları ilə təsdiq olunmur. İcra məmuru məhkəmə iclasına gəlməmiş, təqdimatı əsaslandırmamışdır. Belə olan halda məhkəmə borclunun mülkiyyətində olmayan əmlakın üzərinə həbs qoyulmasını əsassız və qanunsuz hesab edir və təqdimatın qismən təmin edilməsi, borclunun əmlakı kimi görünən əmlakın üzərinə həbs qoyulması qənaətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edlsin. Borclu mülkiyyətində olan “MERCEDES BENZ C180” minik markalı **-RH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar