Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-210/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Tərəflərin iştirakı olmadan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4269/20 saylı xx.xx.2020-ci il tarix icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulmasına dair Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emil Zeynalov Borclu məxsus olan avtomobilin üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-4269/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu Tələbkar MMC-nin xeyrinə 1774 AZN məbləğində borc və 20 AZN məbləğində dövlət rüsumu tutulmalıdır. İcra sənədi icraata müvafiq olaraq xx.xx.2021-ci tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borcluya göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borcluya xəbərdarlıq məktubu göndərlərək tələbin yerinə yetirilməsi və bu barədə şöbəyə məlumat verilməsi tələb olunmuşdur. Lakin icra sənədinin icrası təmin edilməmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyəti yoxlanılmış, “Elektron İcra” İnformasiya Sistemindən çıxarışdan məlum olmuşdur ki, “MERCEDES C 230” mirik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Qeyd edilənləri nəzərə alaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4269/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus, “MERCEDES C 230” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İcra məmuru, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə icra işini, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müxtəlif orqanlara sorğular edilmiş və borclu şəxsin adına yuxarıda qeyd edilən avtomobil aşkar edilmişdir. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4269/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus, “MERCEDES C 230” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4269/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus, “MERCEDES C 230” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №8(005)-210/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-210/2021
23.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver