Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-212/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-729/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus VOLKSWAGEN PASSAT MİNİK markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ S500 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, HYUNDAİ İX 35 MİNİK markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, AUDİ Q7 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev təqdimatla müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-729/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus VOLKSWAGEN PASSAT MİNİK markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ S500 MİNİK markalı, **- AA-*** dövlət qeydiyyat nişanlı, HYUNDAİ İX 35 MİNİK markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, AUDİ Q7 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 729/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən 2020-ci ilin oktyabr ayı üçün 3.435.41 manat və 2020-ci ilin noyabr ayı üçün 3.263.63 manat olmaqla cəmi 6.699 04 (altı min altı yüz doxsan doqquz manat 04 qəpik) manat məbləğində əmək haqqı tutularaq Tələbkar ödənilməlidir. Borclu «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 27 noyabr 2020- ci il tarixədək istifadə edilməmiş 60 günlük əsas əmək məzuniyyətinə görə 6780,41 (altı min yeddi yüz səksən manat qırx bir qəpik) manat pul əvəzi Tələbkar ödənilməlidir. Hüquqi yardıma görə ödənilmiş 1000 (min) manat pul borclu «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC- dən tutularaq Tələbkar ödənilməlidir. Borclu «Akkord Sənaye Tikinti investisiya Korporasiyası" ASC-dən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə cəmi 7076,70 manat (yeddi min yetmiş altı manat, 70 qəpik) manat ödənc tutularaq Tələbkar ödənilməlidir. Borclu «Akkord Sənaye Tikinti investisiya Korporasiyası" ASC-dən 09 noyabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3,435.41 manat məbləğində əmək haqqının 1 %-i məbləğində, günlük 34.35 manat ödəncin, 27 noyabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3.263.63 manat məbləğində əmək haqqının 1%- i məbləğində, günlük 32.63 manat məbləğində ödənc tutularaq Tələbkar ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri - 290(iki yüz doxsan) manat cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası’’ ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar edilərək icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmişdir. “Elektron İcra” İnformasiya sisteminin Daxili İşlər Nazirliyinin müvafiq elektron informasiya sistemi ilə inteqrasiyası nəticəsində borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"xxxx" ASC -yə məxsus VOLKSWAGEN PASSAT MİNİK markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ S500 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, HYUNDAİ İX 35 MİNİK markalı, **-PX- *** dövlət qeydiyyat nişanlı, AUDİ Q7 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, AUDİ Q7 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, LEXUS LX570 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Bu səbəbdən icra məmuru Bakı Apellyasiya Məhkəməsinin 2(103)-729/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC -yə məxsus VOLKSWAGEN PASSAT MİNİK markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ S500 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, HYUNDAİ İX 35 MİNİK markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, AUDİ Q7 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən məhkəmə etiraz ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Cəmil Tağıyev tərəfindən xx.xx.2023-cü il tarixində bir neçə iş üzrə nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdimat göndərilmişdir. Həmin təqdimatda hazırki iş üzrə 2(103)-729/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra işinin təmin edilməsi məqsədi ilə nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması da göstərilmişdir. Həmçinin onu da qeyd etmək istəyirik ki, hazırki icra işi üzrə tələbkara olan borc az məbləğdədir. Təqdimat olan nəqliyyat vasitələrinin isə dəyəri çox olduğundan icra sənədi üzrə borc məbləğini aşır. Həmçinin qeyd edilən nəqliyyat vasitələrinin üzərinə həbs qoyulduğu təqdirdə Korporasiyanın fəaliyyəti iflic vəziyyətinə gəlib çıxacaqdır. Buna görə də təqdimatın rədd edilməsi ilə bağlı qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-729/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 2020ci ilin oktyabr ayı üçün 3.435.41 manat və 2020-ci ilin noyabr ayı üçün 3.263.63 manat olmaqla cəmi 6,699.04 (altı min altı yüz doxsan doqquz manat 04 qəpik) manat məbləğində əmək haqqı tutularaq Tələbkar xeyrinə ödənilməsi, Borclu «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 27 noyabr 2020- ci il tarixədək istifadə edilməmiş 60 günlük əsas əmək məzuniyyətinə görə 6780,41 (altı min yeddi yüz səksən manat qırx bir qəpik) manat pul əvəzi Tələbkar ödənilməlidir. Hüquqi yardıma görə ödənilmiş 1000 (min) manat pul borclu «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC- dən tutularaq Tələbkar ödənilməlidir. Borclu «Akkord Sənaye Tikinti investisiya Korporasiyası" ASC-dən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə cəmi 7076,70 manat (yeddi min yetmiş altı manat, 70 qəpik) manat ödənc tutularaq Tələbkar ödənilməlidir. Borclu «Akkord Sənaye Tikinti investisiya Korporasiyası" ASC-dən 09 noyabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3,435.41 manat məbləğində əmək haqqının 1%-i məbləğində, günlük 34.35 manat ödəncin, 27 noyabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3.263.63 manat məbləğində əmək haqqının 1%- i məbləğində, günlük 32.63 manat məbləğində ödənc tutularaq Tələbkar ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 290 (iki yüz doxsan) manat cavabdeh 'Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası’’ ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. - İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar edilərək icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. - Borclu haqqında məlumatlardan görünür ki, borclunun mülkiyyətində üzərinə həbs qoyulması istənilən VOLKSWAGEN PASSAT MİNİK markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ S500 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, HYUNDAİ İX 35 MİNİK markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, AUDİ Q7 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri aşkar edilmişdir. Məhkəmə hazırda təqdimat üzrə göstərilmiş borclunun bütün nəqliyyat vasitələrinə həbs qoyulmasını məqəsədmüvafiq hesab etməyərək, təqdimatın qismən təmin edilməsini zəruri hesab edir. Belə ki, təqdimata əlavə edilmiş icra vərəqəsi üzrə göstərilmiş öhdəlik, həbs qoyulması xahiş olunan nəqliyyat vasitələrinin ümumi dəyərindən aşağı olması müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-729/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC -yə məxsus AUDİ Q7 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-729/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC -yə məxsus AUDİ Q7 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Borclu «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus AUDİ Q7 MİNİK markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 idarəsinə həvalə edilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə və Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-212/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-212/2023
04.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver