Məhkəmə qərarları › İş №8(005)-212/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-212/2024

01.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-212/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2305/2022 saylı, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2023 saylı, xx.xx.2023-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4370/2021 saylı, xx.xx.2021-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-2387/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2305/2022 saylı, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2023 saylı, xx.xx.2023-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4370/2021 saylı, xx.xx.2021-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-2387/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 9, 25 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2305/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X6 ilə Borclu birgə nikahları dövründə əldə olunmuş və onların ümumi əmlakı hesab edilən “KİA Carnival” markalı, **- UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 1/2 hissəsi, yəni 7500 manat Borclu tutularaq tələbkar X5 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment alınıb xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tələbkar X4 xeyrinə ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvəyyə mindiyi gündən hesablanmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4370/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 884,30 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar2 ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2387/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 977 manat məbləğində pul vəsaiti və 30,41 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədlərində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədiləri üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. “Elektron İcra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasər müəyyən olunmuşdur ki, Borclu məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 9, 25 saylı mənzilin olması müəyyən edilmişdir. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və təqdimatın təmin edilməsini xahiş etmişdir. İcra məmuru, digər tələbkarlar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2305/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, iddiaçı X4 cavabdeh Borclu birgə nikahları dövründə əldə olunmuş və onların ümumi əmlakı hesab edilən “KİA Carnival” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 1/2 hissəsi, yəni 7500 manat cavabdeh Borclu tutularaq iddiaçı X5 ödənilməlidir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1101/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdeh Borclu iddiaçı Qəniyeva (Əliyeva) Fidan ilqar qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş və Borclu uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Qəniyeva (Əliyeva) Fidan İlqar qızına ödənilməlidir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-2387/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu xx.xx.2020-ci il tarixli müqavilə üzrə 947 manat ödənilməmiş hissə, 30 manat cərimə olmaqla, ümumilikdə 977 manat borc və 30,41 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır; Nərimanov Rayon Məhkəməsinin 2(005)-4370/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu 857,63 manat əsas borc, 13,2 manat faiz borcu və 13,47 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 884,3 borcu və 30 manat məbləğində dövlət rüsumu Tələbkar2 ASC-nin xeyrinə tutulmalıdır; İcraata başlamaq haqqında qərarlar və bildirişlərin surətlərindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2305/2022 saylı, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2023 saylı, xx.xx.2023-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4370/2021 saylı, xx.xx.2021-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-2387/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Elektron informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 9, 25 saylı mənzil mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus daşınmaz əmlakın mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədləri könüllü icra edilmədiyindən, icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilməli, Borclu məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 9, 25 saylı mənzilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2305/2022 saylı, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2023 saylı, xx.xx.2023-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4370/2021 saylı, xx.xx.2021-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-2387/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 9, 25 saylı mənzilin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar