Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-218/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-120/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyev tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyev məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 120/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005) 9860/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 3596,54 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC Gəncə filialının xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 120/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" ASC xx.xx.2020-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək icra sənədində qeyd olunan borcun tam şəkildə ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq, Borclu məxsus Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005) 9860/2016 nömrəli, xx.xx.2016cı il tarixli icra sənədinə əsasən Borclu 3596,54 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC Gəncə filialınun xeyrinə ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-120/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. - Təqdimata əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, icra sənədində qeyd olunan borc tam şəkildə ödənildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Bu Məcəllənin 355-17.3-cü maddəsində nəzərdə tutulmuş qətnamə qəbul edildikdə bank və (və ya) onun aktivləri ilə bağlı əvvəllər qəbul edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin təqdimatını və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-120/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-120/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadı ilə Borclu məxsus Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-218/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-218/2023
04.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver