Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-223/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-474/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə Borclu avtomobillərin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayev tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi məhkəməyə müraciət edərək, Nərimanov rayon Məhkəməsinin 8(005)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus “Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, X1 yük markalı. **-FY-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD72 yük markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı, X1 515CDİ markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 308 CDİ yük markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı, Opel Astra minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı. X1 markalı, 10- BY-299 dövlət qeydiyyat nişanlı, Mercedes 320 minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı, X2 115CDİ markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin ləğvi ilə bağlı tərtib olunmuş təqdimat baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkənəsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədinə əsasən Borclu 160000 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. icra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus əmlakların üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmiş vo Nərimanov rayon Məhkəməsinin 8(005)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu məxsus Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, X1 yük markalı, **-FY- *** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD72 yük markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı, X1 515CDİ markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 308 CDİ yük markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı, Opel Astra minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı, X1 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı, Mercedes 320 minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı, X2 115CDİ markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə Tələbkar xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədini məhkəməyə qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin rəisi Zaur Abdullayev xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Tələbkar xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədini məhkəməyə qaytarılmasını xahiş etmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsini əsasən Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Həmçinin, Nərimanov rayon Məhkəməsinin 8(005)- 474/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu Borclu məxsus “Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, X1 yük markalı, 90- FY-299 dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD72 yük markalı, 90- ZX-299 dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı, X1 515CDİ markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 308 CDİ yük markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı, Opel Astra minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı, X1 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı, Mercedes 320 minik markalı, **-LD- *** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı, X2 115CDİ markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin ləğvi ilə bağlı tərtib olunmuş təqdimat baxılıb müvafiq qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi xx.xx.2024-cü tarixdə yenidən Nərimanov rayon İcra şöbəsinə icra olunması üçün göndərilmişdir. Odur ki, Nərimanov Rayon Məhkəməsinə göndərilmiş e212064/2023-15-2 saylı, xx.xx.2024-cü il tarixli təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. - 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmçinin təqdimata əlavə olunmuş Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, tələbkar xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etdiyindən Nərimanov Rayon Məhkəməsinin e-2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi məhkəməyə geri qaytarılmışdır. Bundan sonra tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, icra sənədinin icra olunması üçün yenidən icra şöbəsinə göndərilməsini xahiş etmiş, onun müraciətinə əsasən, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün yenidən müvafiq icra şöbəsinə göndərilmişdir. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsi təqdimatın baxılmadan geri qaytarılması barədə ərizəsi təmin edilməli, Borclu avtomobillərin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayev tərəfindən verilmiş təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 13, 170, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-474/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə Borclu avtomobillərin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayev tərəfindən verilmiş təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-223/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-223/2024
07.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver