Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-224/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tələbkar X1 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-189/2023-020 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu "xxxx" MTK-nə məxsus əmlak üzərinə həbs qoyulmasına dair təqdimat və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2023-020 saylı,xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Nərimarov Rayon Məhkəməsinin 3(005)-2041/2023 saylı xx.xx.2023-cü tarixli icra sənədlərinin icrasını təmm etmək məqsədi ilə borclu “İ.N.V" MTK-nin mülkiyyətində olan Qülləli kran KB 405 (yük 8 ton) üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Nərimaov rayon Məhkəməsinin 2(005)- 189/2023-020 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "İ.N.V' MTK-dən cəmi 4381 manat məbləğində pul vəsaiti tutularaq X2 ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclu ünvanına, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcraata başlamaq haqqında qərar xx.xx.2024-cü il tarixdə borclunun rəhbəri X5 tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2041/2023 saylı,xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu “İ.N.V." Mənzil-Tikinti Kooperativindən 350 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir.İcra sənədi şöbənin 26.07 2024-cu il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun mülkiyyətində əmlakın olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının fövqəladə Hallar Nazirliyinə sorğu verilmiş, alınmış cavab məktubuna əsasən borclu “İ N.V MTK-nın mülkiyyətində KB-405 (yük 8 ton) markalı qülləli kranın olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında tələbkar X3 izahat verərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. İcra haqqında Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunun mənasından aydın olur ki, borclunun əmlakına icra məmuru tərəfindən həbs qoyulması gələcəkdə həmin əmlaka tutma yönəldilməsi yolu ilə icra sənədinin icrasını təmin etmək məqsədi daşıdığından, əmlaklar üzərinə həbs borc məbləği həddində qoyulmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə təqdimatda qeyd edilən Qülləli kran KB 405 (yük 8 ton) üzərinə həbs qoyulmasını, beləliklə təqdimatın təmin edilməsini ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu "xxxx" MTK-nın məxsus Qülləli kran KB 405 (yük 8 ton) üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-224/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-224/2025
17.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver