Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-226/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Nərimanov rayon icra şöbəsinin icraatında olan Nərimanov Rayon Məhkəməsinin 2(005)- 155/2021 nömrəli, 08.02.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4318/2021 nömrəli, 30.06.2021-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Borclu şöbəyə məcburi gətirilməsinə dair icra məmuru Vüsal Şirinovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinov Borclu şöbəyə məcburi gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-155/2021 nömrəli, 08.02.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4318/2021 nömrəli, 30.06.2021-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu polis orqanı vasitəsi ilə Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 155/2021 nömrəli, 08.02.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 19.03.2020-ci il tarixdən başlayaraq, 29.01.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4318/2021 nömrəli, 30.06.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 17.06.2021-ci il tarixdən başlayaraq, 12.06.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 175 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədləri icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və qanunla müəyyən edilmiş şəkildə icra sənədləri üzrə tələblərin icra edilməsi üçün müvafiq qaydada qərarların surəti bildirişlərlə bərabər Borclu icra sənədlərində göstərilən ünvanına göndərilmişdir. Tələbkar X1 nümayəndəsi X7 34.04.2022-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək Borclu sözügedən məhkəmə qərarları üzrə tələbkara hazırda 2875 manat borcu olduğunu bildirmişdir. Borclu ilə ona məxsus mobil operator vasitəsiylə əlaqə saxlanılaraq, icra sənədləri üzrə yaranmış aliment borcunu ödəməsi üçün şöbənin inzibati binasına gəlməsi tələb olunmuşdur və eyni zamanda elektron sms vasitəsilə ona şöbəyə gəlməsi barədə xəbərdarlıq edilmişdir. İcra Şöbəsi tərəfindən tətbiq edilmiş icra tədbirlərinə baxmayaraq, Borclu Nərimanov rayon icra şöbəsinə gəlməmişdir. İcra məmuru, tələbkar və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2.-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu məcburi qaydada polis orqanı vasitəsi ilə Nərimanov Rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Nərimanov Rayon İcra Şöbəsinə tapşırılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №8(005)-226/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-226/2022
25.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver