Məhkəmə qərarları › İş №8(005)-227/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-227/2025

07.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-227/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil, Tələbkar Maraqlı şəxs ASC-nin nümayəndələri X12 və X7 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4077/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin izah edilməsinə dair X1 ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4077/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(005)-4077/2013 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs ASC-nin cavabdehlər X3 və ona qarşı kredit müqaviləsinin ləğv edilməsi, girov predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Qətnamənin nəticə hissəsində “Tutma girov predmeti olan kredit müqaviləsinin təminatı qismində banka girov qoyulmuş, cavabdeh X3 məxsus olan 2 ədəd “Samsung” markalı TV, 4 ədəd divan, 6 ədəd stol, 12 ədəd stul, 1 ədəd “Samsung” markalı 2 qapılı soyuducuya yönəldilsin, həmin girov predmetləri açıq hərracdan satılsın və satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı Maraqlı şəxs ASC-уə ödənilsin” qeyd edilmişdir. Qətnamənin həmin hissəsi aydın deyildir. Burada qətnamənin icra edilməsi ardıcıllığı müəyyən edilmişdirmi? Girov predmeti olan əmlaklar hərracda satılmadan cavabdehlərin digər əmlakına tutma yönəldilə bilərmi? Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Vəkil ərizəyə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, İcra şöbəsi heç bir hərəkət görmədən borcun ödənilməsini borclunun təqaüdünə yönəltmişdir. Tələbkar Maraqlı şəxs ASC-nin nümayəndələri X12 və X10 ərizəyə etiraz edərək, rədd edilməsini xahiş etdilər. Həmçinin məhkəmə qətnaməsində hər şeyin aydın olduğunu və izaha ehtiyac olmadığını bildirdilər. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin 2(005)-4077/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ASC ilə X5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 13011-0083/298422 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X2 və X8 müştərək qaydada 5116,69 ABŞ dolları məbləğində əsas kredit borcu, 371,41 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu, 84,50 ABŞ dolları məbləğində penya, cəmi 5572,6 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat ödənilmiş dövlət rüsumunun Maraqlı şəxs ASC-nin xeyrinə tutulması, tutmanın girov predmeti olan, kredit müqaviləsinin təminatı qismində banka girov qoyulmuş, cavabdeh X6 məxsus olan 2 ədəd “Samsung” markalı TV, 4 ədəd divan, 6 ədəd stol stol, 12 ədəd stul, 1 ədəd “Samsunq” markalı 2 qapılı soyuducuya yönəldilməsi, həmin girov predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı Maraqlı şəxs ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməyə izah verilməsinə dair ərizədə göstərilən dəlilləri və mülki işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə uyğun olaraq, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. X1 ərizəsinin məzmunundan görünür ki, ərizəçi qətnamənin aydın olmaması səbəbindən izah edilməsini deyil, icra hərəkətlərinin növbəliliyininin və ardıcıllığının müəyyən edilməsini məhkəmədən tələb edir. Məhkəmə qeyd edir ki, icra hərəkətlərinin növbəliliyi və ardıcıllığı məsələsi Azərbaycan Respublikası “İcra Haqqında” Qanununa əsasən tənzimlənir. İcra işi üzrə tərəflər icra hərəkətlərinin aparılmasında icra məmuru tərəfindən növbəliliyin və ardıcıllığın pozulmasını iddia etdikləri təqdirdə, icra məmurunun hərəkətlərindən (və ya hərəkətsizliyindən) şikayət etmək hüquqları vardır. Hazırda isə ərizəçinin tələbi qətnamənin izahı ilə əlaqəlidir, lakin Nərimanov Rayon Məhkəməsinin 2(005)-4077/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsində anlaşılmaz hər hansı məqam yoxdur, məhkəmə aktında məhkəmənin mülki iş üzrə gəldiyi nəticə tam aydın və dəqiq göstərilmiş, qəbul olunmuş qətnamədə anlaşılmayan, həmçinin izaha ehtiyacı olan hər hansı bir hal mövcud deyildir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4077/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə izah verilməsinə dair X1 ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4077/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə izah verilməsinə dair X1 ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar