Məhkəmə qərarları › İş №8(005)-232/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-232/2023

05.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-232/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-840/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu X4 məcburi gətirilməsi barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadənin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadə məhkəməyə təqdimatla müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-840/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1986-cı il təvəllüdlü borclu X6 polis orqanı vasitəsi ilə Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 840/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2016-cı il tarixdə daxil olmuş, həmin tarixdə tələbin icra olunması üçün borclu X4 ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Borclu X6 dəfələrlə borcunu ödəməsinə dair şöbəyə dəvət olunmasına baxmayaraq, borclu məsuliyyətdən yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu günə kimi borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş, heç bir münasibət bildirilməmiş və aliment borcu yığılmışdır. “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumata əsasən borclunun işləmədiyi müəyyən edilmişdir. Nəticədə borclu X4 şöbəyə müxtəlif vaxtlarda rəsmi xəbərdarlıqla dəvət olunmasına baxmayaraq, şöbəyə gəlməkdən yayınmış və icra sənədinin tələbini icra etməkdən boyun qaçırmışdır. İcra məmuru, tələbkar və borcluya məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, borclu X4 məcburi gətirilməsi üçün kifayət qədər əsas olduğundan təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 2(107)-840/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli qərarının və bildirişinin surətlərindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-840/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin qərarının surətindən görünür ki, X6 icra sənədi icra edilmədiyi təqdirdə məcburi gətirilməsi və bu haqda təqdimatla məkəməyə müraciət olunması barədə xəbərdar olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 3-cü maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Eyni Qanunun 84.2 və 84.3-cü maddələrinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun çağırışlarına gəlməkdən üzrsüz səbəbdən yayındığından, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-840/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X4 Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimat əsaslı hesab olunaraq təmin edilməli, borclu X6 məcburi qaydada Nərimanov Rayon İcra şöbəsinə gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-840/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu X1 rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar