Məhkəmə qərarları › İş №8(005)-235/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-235/2022

25.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-235/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2685/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə BorcluMMC-nə məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Azər Əliyev təqdimatla məhkəməyə müraciət edərək Nərimanov Rayon Məhkəməsinin 2(005)-2685/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu MMC-nə məxsus “TOYOTA LAND CRUİSER LC300” minik markalı , **-AZ-*** dövlət qeydiyyat nişanlı, FERRARİ 458 COUPE markalı, M000017 dövlət qeydiyyat nişanlı, LEXUS LX570 minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı, İNFİNİTİ Q80 minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ SPRİNTER minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı və TOYOTA LAND CRUİSER LC200 minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Nərimanov rayon məhkəməsinin 2(005)- 2685/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 3156 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu Tələbkar xeyrinə tutulmalıdır. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müxtəlif orqanlara sorğular edilmiş və portal çıxarışına əsasən qeyd edilən avtomobillər aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(005)-270/2020 nömrəli qərardadından müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Əliyev Borclu MMC-nə məxsus olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2685/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən “SDN Group" MMCdən 3156 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu Tələbkar xeyrinə tutulmalıdır. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün Borclu MMCnə məxsus 7 ədəd 100 amperli akkumlyator, 2 ədəd yumuşaq dəst kreslo, 1 ədəd divan, 12 ədəd işıq dirəyi, 4 ədəd “Wave Cyber” markalı su təmizləyici qurğu və nerjavika dəzgahı aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2685/2017 saylı xx.xx.2017-ci il tarixli icra oonodinin icrasının təmin edilməsi məqsədi ilə SDN Group” MMC-nə məxsus 7 ədəd 100 amperli akkumlyator, 2 ədəd yumuşaq dəst kreslo, 1 ədəd divan, 12 ədəd işıq dirəyi, 4 ədəd “Wave Cyber” markalı su təmizləyici qurğu və nerjavika dəzgahı əmlakların üzərinə həbs qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qeyd edilən qərardadla təqdimat təmin edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddısinə əsasən Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin qanunun 50.4-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatı əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(005)-270/2020 nömrəli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-2685/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu MMC-nə məxsus 7 ədəd 100 amperli akkumlyator, 2 ədəd yumuşaq dəst kreslo, 1 ədəd divan, 12 ədəd işıq dirəyi, 4 ədəd “Wave Cyber” markalı su təmizləyici qurğu və nerjavika dəzgahının üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş əmlakların cəmi dəyəri icra sənədi üzrə Borclu MMC-dən tutulmalı olan 3156 manat pul məbləği və ödənilmiş 30 manat dövlət rüsumunu tam əhatə edir. Bu səbəbdən eyni icra sənədi üzrə hazırki təqdimatda qeyd edilən əmlakların üzərinə həbs qoyulması hüququn mütənasiblik prinsipinin pozulmasına səbəb olacaq. Konstitusiya Məhkəməsi Plenumunun X1 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bundan başqa məhkəmə, görülən tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, tədbirlər tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə alır. Məhkəmə qeyd edir ki, icra məmurunun təqdimatı əsasında borclunun əmlakı üzərinə həbs qoyulmasının məqsədləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(005)-270/2020 nömrəli qərardadı ilə təmin edildiyindən, hazırki təqdimatın təmin edilməsinə heç bir əsas yoxdur. Bu səbəbdən borclunun əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatı təmir edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nərimanov Rayon Məhkəməsinin 2(005)-2685/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə BorcluMMC-nə məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə icra məmuru Azər Əliyevin təqdimatı təmin edilməsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar