Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-237/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1683/2020-010 nömrəli, xx.xx.2020-ci il tarixli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-692/2018 nömrəli, xx.xx.2019 cu il tarixli il tarixli və Zəngilan Rayon Məhkəməsinin 2(034)-372/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədlərinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə, icra sənədlərinin icrası tam təmin olunanadək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunın təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinov təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1683/2020-010 nömrəli, xx.xx.2020-ci il tarixli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-692/2018 nömrəli, xx.xx.2019-cu il tarixli il tarixli və Zəngilan Rayon Məhkəməsinin 2(034)-372/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə, icra sənədlərinin icrası tam təmin olunanadək, xx.xx.1990-cı il tarixdə Zəngilan rayonu, Cahangirboyli kəndində anadan olmuş, Zəngilan rayonu, Cahangirbəyli Ə/D, Cahangirboyli kəndində qeydiyyatda olan və faktiki olaraq, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1683/2020-010 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 05 mart 2020ciil tarixdən başlayaraq, 19 may 2016-cı il təvəllüdlü X1 və 09 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, 340 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə ödənilməlidir. Həmçinin Borclu 09 oktyabr 2017-ci il təvəllüdlü X3 3 yaşınadək, yəni 09 oktyabr 2020-ci il tarixədək hər ay 30 manat tutulub Tələbkar ödənilməlidir. Zəngilan Rayon Məhkəməsinin 2(034)- 692/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Zəngilan Rayon Məhkəməsinin 2(034)-220/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək Borclu qətnamə qanuni qüvvəsini aldığı vaxtdan xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay qazancının 1/6 hissəsindən aliment tutularaq X4 ödənilməli və Zəngilan rayon məhkəməsinin 2(034)- 220/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi ləğv edilməlidir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-372/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2016-cı il təvəllüdlü X1 müalicəsi üçün uşaq sağalana kimi hər ay 50 (əlli) manat pul Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədləri şöbənin icraatına xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə daxil olmuş həmin tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilərək dərhal icra barədə bildirişlə icra olunması üçün Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Əlavə olaraq, icra sənədlərinin icrası ilə əlaqədar Borclu xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə şöbəyə dəvət edilərək, sözügedən icra sənədi üzrə icraata başlama haqqında qərarın və tələbin dərhal icrası ilə bağlı bildirişin surətləri rəsmi qaydada borcluya təqdim edilmişdir. İcra sənədləri Nərimanov rayon icra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Məlumat üçün bildiririk, ki Borclu 3 icra sənədi üzrə bu günə olan aliment borcu 2058,46 manat təşkil edir. Odur ki, icra sənədinin icrasından yayınan Borclu ölkə hüdudlarının xaricinə çıxmış və icra sənədlərinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane olmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli bildirişinə əsasən Borclu Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra edilməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, icra məmurunun təqdimatını və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinov təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1683/2020-010 nömrəli, xx.xx.2020-ci il tarixli, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 692/2018 nömrəli, xx.xx.2019 cu il tarixli il tarixli və Zəngilan Rayon Məhkəməsinin 2(034)- 372/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədlərinə əsasən ödənilməli olan pul vəsaiti könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən ödənilməmişdir . Qeyd olunan icra sənədi icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir və icra məmuru «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinadlar bir daha göstərir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunmaması ədalətli məhkəmə baxışı hüququnun pozulmasıdır. Beləliklə, təqdimatda göstərilənləri nəzərə alaraq və uşağın mənafeyini əsas götürərək məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1990-cı il tarixdə Zəngilan rayonu, Cahangirbəyli kəndində anadan olmuş, Zəngilan rayonu, Cahangirbəyli Ə/D, Cahangirbəyli kəndində qeydiyyatda olan və faktiki olaraq, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-237/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-237/2023
19.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver