Məhkəmə qərarları › İş №8(005)-238/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-238/2022

25.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-238/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş icra hərəkətlərinin dayandırılması barədə ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatətlə müraciət edərək, İddiaçılar X7, X4, X8, X3 cavabdeh Məmmədova (Əliyeva) Sənay İltimas qızına qarşı maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə uşaqla görüş və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-627/2022 saylı, 08.02.2022-ci il tarixi qərarının, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-309/2021 saylı, 30.07.2021-ci il tarixli qətnaməsinin və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5008/2019 saylı, 02.12.2019-cu il tarixli qətnaməsinin qanunauyğunluğunun yoxlanılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə 10.03.2022-ci il tarixdə müraciət edildiyini və ərizənin Konstitusiya Məhkəməsi tərəfindən icraata götürüldüyünü bildirərək, mülki iş üzrə icra tədbirlərinin dayandırılmasını xahiş etmişdir. 25.04.2022-ci il tarixdə X1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, hazırki ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş icra hərəkətlərinin dayandırılması barədə ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 427.1-ci maddəsinə əsasən təqdimatı, protesti və ya şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Göründüyü kimi, 25.04.2022-ci il tarixdə X1 nümayəndəsi və vəkili Vəkil məhkəmə teleqram təqdim edərək, ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə belə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş icra hərəkətlərinin dayandırılması barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar