Məhkəmə qərarları › İş №8(005)-238/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-238/2024

08.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-238/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-172/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus olan “Volkswagen Passat” minik markalı, **- GN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 120519/16 №-li iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-2069/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 820 manat məbləğində pul vəsaiti və 21 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. 66350/18 №-li iş üzrə Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-1955/2018-saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 1950 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar2 Borişoviçin xeyrinə ödənilməlidir. 66351/18 №-li iş üzrə Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1953/2018-saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 1815,50 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar2 xeyrinə ödənilməlidir. İcra sənədləri icraata müxtəlif tarixlərdə daxil olmuş və “icra haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə tələbkarın ünvanına göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2069/2016 saylı, xx.xx.2016-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1955/2018-saylı, xx.xx.2018-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1953/2018-saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Volkswagen Passat” minik markalı, **- GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Nərimanov Rayon Məhkəməsinin 8(005)-172/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu və tələbkarlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıda qeyd edilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-172/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2069/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1955/2018 saylı, xx.xx.2018-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1953/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Volkswagen Passat” minik markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. - Tələbkar2 20 aprel 2024-cü il tarixdə Nərimanov rayon icra şöbəsinə ünvanladığı məktubunun surətindən görünür ki, o, Borclu aid Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-1955/2018 saylı icra sənədi (borc tam bağlandığından) üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Tələbkar2 20 aprel 2024-cü il tarixdə Nərimanov rayon icra şöbəsinə ünvanladığı məktubunun surətindən görünür ki, o, Borclu aid Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-1953/2018 saylı icra sənədi (borc tam bağlandığından) üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1955/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1953/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2069/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. Qanunun 20.2 və 20.3-cü maddələrinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə aktı tam icra edildiyindən Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-172/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Volkswagen Passat” minik markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-172/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Volkswagen Passat” minik markalı, **-GN- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar