Məhkəmə qərarları › İş №8(005)-239/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-239/2021

05.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-239/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı və “Vaz 2106 minik” minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon İcra və probasiya şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-2777/2015 nömrəli, 30.12.2015ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı və “Vaz 2106 minik” minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rafail Səfərov təqdimatı onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-2777/2015 nömrəli, 30.12.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 631 manat məbləğində pul vəasiti tələbkar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun xeyrinə tutulmalıdır. Borclu icra sənədinin icrasını təmin etmədiyi üçün icra sənədi üzrə tələbin yönəldilməsi barədə təqdimatla Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-605/2018 nömrəli, 07.05.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı və “Vaz 2106 minik” minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Aparılan icra tədbirləri nəticəsində icra sənədinin icrası təmin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş 18.02.2021-ci il tarixli ödəniş qəbzinin surətindən və Nərimanov Rayon İcra Şöbəsinin 25.02.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, borclunun 18,29 manat qalıq borcunun olduğu müəyyən olunmuş, 18.02.2021-ci il tarixli qəbzə əsasən borclu tələbkara olan qalıq borcu tam tam ödəmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-2777/2015 saylı, 30.12.2015-ci il tarixli icra sənədi tam icra edilmişdir. Qeyd olunan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-2777/2015 saylı, 30.12.2015-ci il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinin tələbinə əsasən məhkəməyə geri qaytarılması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.05.2018-ci il tarixli 8(005)- 605/2018 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-2777/2015 nömrəli, 30.12.2015-ci il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətində olan VAZ 21074” minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı və “Vaz 2106 minik” minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Məhkəmə hesab edir ki, 18.02.2021-ci il tarixli ödnəiş qəbzinin surəti və Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 25.02.2021-ci il tarixli qərarında göstərilənlər nəzərə alınmalı, təqdimat təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtsadi Məhkəməsinin 2-2(82)-2777/2015 nömrəli, 30.12.2015-ci il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətində olan olan “VAZ 21074” minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı və “Vaz 2106 minik” minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.05.2018-ci il tarixli 8(005)-605/2018 saylı qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı və “Vaz 2106 minik” minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar