Məhkəmə qərarları › İş №8(005)-24/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-24/2024

08.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-24/2024 08.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-576/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalov məhkəməyə təqdimatla müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 8(005)- 576/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu məxsus “Mitsubishi Galant” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə Borclu cəmi 5406.59 manat məbləğində borc, 21 manat dövlət rüsumu tutularaq tələbkar “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Borclu icra sənədinin icrasını təmin etmədiyi üçün icra sənədi üzrə tələbin yönəldilməsi barədə təqdimatla Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-576/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu məxsus “Mitsubishi Galant” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Aparılan icra tədbirləri nəticəsində icra sənədlərinin icrası təmin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıda qeyd edilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6602/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu, Girdəni kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ünvan 2 ünvanında yerləşən "xxxx" QSC-nin xeyrinə əsas borc üzrə 4520,86 manat əsas məbləğə hesablanmış faiz borcu 686,77 manat, hər gecikdirilmiş günə görə cərimə borcu 198,96 manat, cəmi 5406,59 manat borc və 20 manat dövlət rüsumu və 1 manat dövlət rüsumuna dair banka ödənilmiş xidmət haqqı tutulmalıdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 576/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6602/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “Mitsubishi Galant” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış məktubunun surətindən görünür ki, borc bağlandığından tələbdən imtina edir və icra icraatına xitam verilməsini xahiş edirlər. İş materiallarında olan icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6602/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən isə icra sənədi tam icra olunduqda icraata xitam verilir. Qanunun 20.2 və 20.3-cü maddələrinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə aktları tam icra edildiyindən və icra sənədi üzrə icraata xitam verildiyindən Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-576/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mitsubishi Galant" markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-576/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mitsubishi Galant" markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar