Məhkəmə qərarları › İş №8(005)-241/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-241/2022

17.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-241/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Tələbkar X2nın vərəsələri X4 və X7, X4 vəkili X6, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X12 iştirakları ilə, Tələbkar X2nın vərəsələri X4 və X7 Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli, 2(005)-4241/2019 saylı icra vərəqəsinin icrasına xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin 07.04.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli, 2(005)- 4241/2019 saylı qətnaməsi ilə iddiaçı X1 ünvan 1 ünvanında inşa edilən yaşayış binasında birinci qrup əlil kimi mənzil verilməsi məsələsinə baxılması cavabdeh "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyinə həvalə edilməsi qət edilmişdir. İş üzrə icra sənədi aidiyyəti üzrə icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Lakin qətnamənin icrası bu günədək uzadılır. Bununla da tələbkarların hüquqlarını kobud surətdə pozur. İddiaçı olan anaları X2 07.08.2021-ci il tarixdə vəfat etdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinin tələblərinə əsasən onun qanun üzrə vərəsələri olmaqla, hüquqlarının təmin edilməsini və məhkəmə qətnaməsinin icra edilməsini tələb edirlər. Hesab edirlər ki,. Nərimanov rayon icra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 07.04.2022-ci il tarixli qərarı onlara qarşı birmənalı haqsızlıqdır və həmin qərar tamamilə qeyri-qanunidir və əsassız olmaqla, onların hüquqlarını kobud şəkildə pozur. Tələbkar X2nın vərəsələri X8 və X11 Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 07.04.2022-ci il tarixli qərarını ləğv edib, Nərimanov Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli, 2(005)-4241/2019 saylı qətnaməsinin icrasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar X4 vəkili X10 şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev dəqiq araşdırma aparmadan icraatında olan 13.12.2019-cu il tarixli, 2(005)-4241/2019 saylı icra sənədini tam icra olunduğu üçün məhkəməyə qaytararaq icra hərəkətlərinə xitam verməsi haqqında əsassız qərar qəbul etdiyindən Nərimanov rayon icra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 07.04.2022-ci il tarixli qərarını ləğv edib, Nərimanov Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli, 2(005)-4241/2019 saylı qətnaməsinin icrasının təmin edilməsi barədə qərar qəbul edilməlidir. Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X14 məhkəmə iclasında ərizənin təmin edilməməsini bildirdi. Şikayətə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş və şikayətə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə şikayətə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkar Tələbkar X2nın vərəsələri X4 və X7 şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, indiki halda sözügedən icra sənədi tam icra olunmadığından Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 nömrəli, 13.12.2019-cu il tarixli icra vərəqəsinin icrasına xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin 07.04.2022-cı il tarixli qərarı ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. İş materiallarındanda göründüyü kimi hazırda məhkəmə aktı üzrə müəyyən edilmiş hərəkətlər dair müvafiq sənədlər yəni Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin 07.04.2022-cı il tarixli qərarı əsasını təşkil edən sənədlər tam göstərilməmişdir. Bu səbədəndə məhkəmə aktının tam icra olunmasını hazırda müəyyən etmək mümkün olmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. Məhkəmə tələbkar Tələbkar X2nın vərəsələri X4 və X7 şikayətini və şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 nömrəli, 13.12.2019-cu il tarixli icra vərəqəsinin icrasına xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin 07.04.2022-ci il tarixli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 162.1,231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 nömrəli, 13.12.2019-cu il tarixli icra vərəqəsinin icrasına xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin 07.04.2022ci il tarixli qərarı ləğv edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 nömrəli, 13.12.2019-cu il tarixli icra vərəqəsi icra edilməsi üçün yenidən icra orqanına göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar