Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-243/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun hərəkətindən X1 tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun hərəkətindən məhkəməyə şikayət ərizəsi verərək, Səbail Rayon Məhkəməsinin 2(009)- 1368/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular Ələkbərov Vüsal Hicran oğlu və X2 500000 manat pul vəsaiti və 790 manat məbləğində dövlət rüsumunun tutularaq tələbkar X7 ödənilməsinə dair Nərimanov rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 1368/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular Ələkbərov Vüsal Hicran oğlundan və X2 500000 manat pul vəsaiti və 790 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar X7 ödənilməsi qərara alınmışdır. Qərar ona xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İcraata başlamaq haqqında Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2024cü il tarixli qərarına əsasan icra sənədi üzrə icraata başlanılmış və borclu kimi 10 gün müddətində icranı könüllü olaraq təmin etmək ona həvalə edilmişdir. Həmin hallarla bağlı barəsində olan cinayət işi prokurorun protesti, zərərçəkmiş şəxslər, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayəti əsasında iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul edilmiş və məhkəmə baxışı xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Nərimanov rayon İcra şöbəsi qanunun tələblərini pozaraq icraya başlamışdır. Bundan başqa 2017-ci ildə X5 şikayəti epizodu üzrə Ələkbərov Vüsal Hicran oğlu barədə cinayət işinə baxılarkən Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun mülki iddiası təmin edilməmişdir. Həmin qərar apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq Səbail Rayon Məhkəməsi əsassız olaraq həmin şəxsin mülki iddiasını təmin etmişdir. İcra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq şikayət ərizəsinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra işini və şikayətdə qeyd olunan dəlilləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1368/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə borclular Ələkbərov Vüsal Hicran oğlundan və X2 500000 manat pul vəsaiti və 790 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar X7 ödənilməlidir. İcra sənədi üzrə icraata başlanılması qərara alınmışdır; Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkum X3 təqdim olunmuş bildirişin surətindən görünür ki, onun barəsində olan cinayət işi ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuş müraciətə baxılmış və Azərbaycan Respublikasının CM-in 182.3.1-ci və digər maddələrilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli 1-1(103)-1/2023 nömrəli qərarından dövlət itihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərəçəkmiş şəxslər və onun müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə baxılması xx.xx.2024-cü il tarixinə təyin edilmiş və proses iştirakçılarına məlumat verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. “İcra məmuru haqqında” Qanunun 8-ci maddəsinə əsasən öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat almaq icra xidməti icra məmurunun icra ilə əlaqədar hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1368/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş X1na göndərilmişdir. Lakin X1 cinayət işi üzrə kassasiya şikayətinin verildiyini və həmin cinayət işində hazırda mübahisə edilən icra sənədinə əsas olmuş məbləğin mübahisələndirdiyini əsas gətirərək, kassasiya instansiyasının qərarı qanuni qüvvəyə minmədən icra məmuru iş üzrə icraatın dayandırılmayıb tərəfindən icraya başlamasını əsassız hesab edir. Göründüyü kimi icra məmuru icra sənədinin icrası ilə bağlı qanunamüvafiq hərəkətlər görmüşdür. İcra sənədi icra şöbəsinə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul etmiş və icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələbin könüllü icrası haqqında bildirişi borcluya göndərmişdir. Hazırda ərizəçinin icra məmurunun hərəkətindən şikayət etməsi əsassızdır. Göründüyü kimi icra məmuru qanunla müəyyən edilmiş müvafiq hərəkətləri yerinə yetirmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun hərəkətindən X1 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun hərəkətindən X1 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-243/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-243/2024
22.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver