Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-245/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Tələbkarın nümayəndəsi X5, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru X8 iştirakları ilə, X1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2331/2019 saylı 02 iyul 2019-cu il tarixli icra sənədinin qaytarılmasına dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurunun 25 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X8 25.09. 2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında Qərarın ləğv edilməsi və Nərimanov rayon Məhkəməsinin 2(005j-2331/2019 saylı, 02 iyul 2019-cu il tarixli icra sənədinin icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2331/2019 saylı, 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Borclu Mənzil Tikinti Kooperativinə qarşı ödənilmiş pul vəsaitinin tutulması və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək cavabdeh Borclu Mənzil Tikinti Kooperativindən 25.345 (iyirmi beş min üç yüz qırx beş) manat məbləğində pul vəsaiti və üdənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən verilmiş şikayətlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş, qətnamə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Sözügedən qətnamə icra olunması üçün Bakı şəhəri İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu Mənzil Tikinti Kooperativinin rəhbəri X3 icra məmuru tərəfindən borcun ödənilməsini tələb etsə də, o, borcu qərəzli olaraq ödəmədiyinə görə Bakı şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru X10 onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edərək inzibati xəra haqqında iş materialını Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə təqdim etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 3(005)-481/2021 saylı, 01 mart 2021-ci il tarixli qərarı ilə Borclu Mənzil Tikinti Kooperativinin rəhbəri X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Borclu Mənzil Tikinti Kooperativinin rəhbəri X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat məbləğində cərimə olunsada və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə xəbərdarlıq edilsədə yenədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2331/2019 saylı, 02 iyul 2019cu il tarixli qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırır. Bundan başqa Bakı şəhəri İcra Şöbəsinin icra məmuru X10 qanunsuz və əsassız olaraq “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir və həmin qərar məhkəmə qərarı əsasında ləğv edilmişdir. Həmin icra işi Bakı şəhəri Nərimanov rayon İcra Əlizadə Zaur adlı icra məmuru Borclu Mənzil Tikinti Kooperativi barəsində heç bir tədbir görməvərk 25.09. 2024-cü il tarixdə icra sənədinin qaytarılması haqqında Qərarar qəbul etmişdir. Həmin qərardan mənim xəbərim olmayıb və rəsmi qaydada göndərməmişdir. Hər dəfə ona zəng edib iş barəsində soruşanda o, hər hansı bir məlumat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırırdı. Ədliyyə Nazirliyinin Baş İcrsa idarəsinə icra məmurunun hərəkətlərindən şikayət etdiyi zaman ona həmin qərar barəsində xəbər verildi. Həmin gün yəni xx.xx.2025-ci il tarixdə icra məmuru qərarı ona rəsmi qaydada vermişdir. Hesab edir ki, işi Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X8 xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında Qərararı qanunsuz və əsassızdır. Buna görədə həmin qərar məhkmə qərarı əsasında ləğv edilməli və icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayətin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını, icra sənədinin yenidən icraya yönəldilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra şöbəsinin nümayəndəsi – icra məmuru Zaur Əlizadə bildirdi ki, qərarın ləğv olunmasını məhkəmənin mülahizəsinə buraxır, qərar ləğv olunaraq icra sənədi icra olunması üçün yenidən icra şöbəsinə göndərildikdə icra tədbirləri yenidən başlayacaqdır. Şikayətə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş və şikayətə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə şikayətə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın və icra şöbəsinin nümayəndəsini dinləyib, X1 şikayətini nəzərdən keçirib, iş materiallarını və 71663/2024-15-28 saylı icra işi materiallarını araşdıraraq hesab edir ki, indiki halda sözügedən icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilmədiyindən və lazımi icra tədbirləri görülmədiyindən Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: -2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. -3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. -23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. -23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. -23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. - 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. -23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. - 43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. - 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İş materiallarında, habelə 71663/2024-15-28 saylı icra işi materiallarında olan: -Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 2331/2019 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu Mənzil Tikinti Kooperativindən 25.345 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı X6 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nərimanov rayon ica şöbəsinə ünvanlanmış 29 fevral 2024-cü il tarixli məktubla müəyyən olunur ki, 2(005)-2331/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi icra olunması üçün göndərilmişdir. -Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra üzrə icraata başlanılması, Borclu MTK-nın icranı 10 gün müddətində könüllü yerinə yetirməsi və könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması, icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. -Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin Borclu MTK-ya ünvanlanan tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu icranın 10 gün müddətində könüllü icra edilməsi, əks təqdirdə icranın məcburi qaydada həyata keçiriləcəyi ilə bağlı xəbərdar edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2331/2019 saylı, 02 iyul 2019-cu il tarixli icra sənədinin geri qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra sənədinin icrasım təmin etmək məqsədilə, borclu "xxxx" Mənzil Tikinti Kooperativinin bank hesablarına inkasso sərəncamları tətbiq edilmiş və bank hesablarının bağlı olduğu müəyyən edilmişdir. Həmçinin borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin avtomobilin qiymətli kağızın, əmanətin olub-olmaması barədə aidiyyəti orqan və təşkilatlana sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsini rəhbər tutaraq icra sənədinin Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Göründüyü kimi icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad edərək, icra sənədinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Həmin qərarda istinad edilmiş “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsində qeyd edilir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göründüyü kimi, bu maddədə göstərilən əsasla icra sənədinin geri qaytarılması üçün iki hal mövcud olmalıdır: 1. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması; 2. icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi. Bu iki hal da yalnız o zaman müəyyən edilə bilər ki, qeyd edilən hallar mötəbər sübutlarla təsdiq edilsin. Yəni icra məmuru, əgər həmin maddədə göstərilən əsasla icra sənədini geri qaytarırsa, qərarda göstərməlidir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olub-olmadığını müəyyən etmək üçün hansı tədbirlər görmüş və hansı nəticələr əldə etmişdir. Mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərar onunla əsaslandırılmışdır ki, borclu "xxxx" Mənzil Tikinti Kooperativinin bank hesablarına inkasso sərəncamları tətbiq edilmiş və bank hesablarının bağlı olduğu müəyyən edilmişdir. Həmçinin borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin avtomobilin qiymətli kağızın, əmanətin olub-olmaması barədə aidiyyəti orqan və təşkilatlana sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi icra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinə daxil olmuşdur, bununla belə uzun müddət keçməsinə baxmayaraq icra sənədi borclu tərəfindən icra olunmamışdır. İcra məmuru bu müddət dövrü ərzində borclu barəsində onun əmlak və gəlirlərinin axtarışı məqsədilə lazımi bütün tədbirləri (daşınar və daşınmaz əmlakların qeydiyyatını aparan müvafiq orqanlara sorğu verilməsi və s.), habelə qanunvericiliklə müəyyən olunmuş digər məcburi icra tədbirlərini (şəxsin məcburi gətirilməsi və s.) görməmişdir. Bununla yanaşı, icra məmuru “İcra haqqında” AR Qanunun 23.1.3-cü maddəsinə əsasən, tələbin icrasının mümkün olmadığını bildirsə də, bu haqda müvafiq akt tərtib etməmiş və tələbkara məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir və məhkəmə qətnamələri ağlabatan müddətdə icra olunmalıdır. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.7-ci maddəsinə əsasən, 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Məhkəmə, X1 şikayətini və şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2331/2019 saylı, 02 iyul 2019-cu il tarixli icra sənədinin geri qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2331/2019 saylı, 02 iyul 2019-cu il tarixli icra sənədinin geri qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2331/2019 saylı, 02 iyul 2019-cu il tarixli icra sənədi icra edilməsi üçün yenidən Nərimanov Rayon İcra Şöbəsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-245/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-245/2025
24.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver