Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-246/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-5031/2017 nömrəli, xx.xx.2017ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Emil Zeynalov tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5031/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus «İsuzu Rodeo» minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin ləğvi ilə bağlı tərtib olunmuş təqdimata baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə Borclu cəmi 904 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2017-ci il tarixdə daxil olmuş və “icra haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə tələbkarın ünvana göndərilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-5031/2017 saylı,xx.xx.2017-ci il tarixli icra qeydinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan «İsuzu Rodeo» minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Nərimanov Rayon Məhkəməsinin 8(005)-320/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Aparılmış icra tədbirləri nəticəsində icra sənədi tam icra olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-5031/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən - əmrindən görünür ki, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş. ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 884 (səkkiz yüz səksən dörd) manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilməlidir. - "xxxx" MMC tərəfindən Nərimanov rayon icra şöbəsinin rəisinə ünvanlanmış 04 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-5031/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə borc ödənildiyi üçün, icra sənədinin icrasına xitam verilməsi xahiş edilmişdir. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-320/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-5031/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus «İsuzu Rodeo» minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə üzərinə həbs qoyulması qərara alınmışdır. - Təqdimata əlavə olunmuş Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-5031/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə tələbin borclu tərəfinən tam şəkildə təmin olunması əsası ilə xitam verilmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun: -50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. - 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. - 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İşin faktiki hallarından göründüyü kimi əmlakın üzərinə həbs qoyulması zərurəti məhz icra sənədinin icrasının təmin edilməsi olmuşdur. Hazırda qeyd olunan icra sənədi borclu tərəfindən tam təmin edilmişdir. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatını və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, icra sənədi üzrə tələb tam təmin olunmaqla icraata xitam verildiyindən borclunun əmlakı üzərinə həbs qoyulması əsasları aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin olunmalı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-320/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-5031/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan «İsuzu Rodeo» minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-320/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-5031/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan «İsuzu Rodeo» minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-246/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-246/2025
03.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver