Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-25/2021 19.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(005)-2848/2015 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2848/2015 nömrəli, xx xxxx 2015-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı **-DC-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C230” minik markalı **-BB-*** dölət qeydiyyat nişanlı və “Hyundai Elantra” minik markalı **- MV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2848/2015 nömrəli, xx xxxx 2015-ci il tarixli icra sənədinə əsasən, Borclu cəmi 1.411,51 (bir min dörd yüz on bir dollar əlli bir sent) ABŞ dolları məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İcra sənədi icraata xx xxxxxx 2016-cı il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 (on) gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müxtəlif orqanlara sorğular edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx xxxxx 2018-ci il tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, Borclu adında “VAZ 21074” minik markalı **-DC- *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C230” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” minik markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Qeyd olunanlara əsasən təqdimatın təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 8(005)-603/2018 nömrəli qərardadı ilə təqdimat qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2848/2015 nömrəli, xx xxxx 2015-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan “Hyundai Elantra” minik markalı **-MV-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu şəxs Borclu dəftərxana vasitəsi ilə məhkəməyə şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 8(005)-603/2018 nömrəli qərardadının ləğv edilməsi, həmin qərardada əsasən “Hyundai Elantra” minik markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 8(005)-603/2018 nömrəli qərardadına əsasən şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 8(005)-603/2018 nömrəli qərardadı ləğv edilmiş, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatına yenidən baxılması məhkəmə iclasına təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 8(005)-603/2018 nömrəli qərardadı ilə təqdimat qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2848/2015 nömrəli, xx xxxx 2015-ci il tarixli icra sənədinin icrasını təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan “Mercedes Benz C230” minik markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması, qərardadın icrasının Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(005)-2848/2015 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 müvafiq təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2848/2015 nömrəli, xx xxxx 2015-ci il tarixli icra sənədinə əsasən üzrə Borclu 1.411,51 (bir min dörd yüz on bir dollar əlli bir sent) ABŞ dolları məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-603/2018 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C230” minik markalı **-BB-*** dölət qeydiyyat nişanlı və “Hyundai Elantra” minik markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Şöbəyə təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2848/2015 nömrəli, xx xxxx 2015-ci il tarixli icra sənədi üzrə kredit borcunun ödənilməsi tam təmin olunmuşdur. Göstərilənləri nəzərə alaraq, icra sənədinin icrası təmin olduğu üçün Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı **-DC-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C230” minik markalı **-BB-*** dölət qeydiyyat nişanlı və “Hyundai Elantra” minik markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni və əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2848/2015 nömrəli, xx xxxx 2015ci il tarixli icra sənədi üzrə kredit borc məbləği tam olaraq ödənilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(005)-2848/2015 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı **-DC-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C230” minik markalı **-BB-*** dölət qeydiyyat nişanlı və “Hyundai Elantra” minik markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 müvafiq təqdimatla məhkəməyə müraciət etsə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 8(005)- 603/2018 nömrəli qərardadı ilə müvafiq icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu şəxsin mülkiyyətində olan yalnız “Mercedes Benz C230” minik markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, müvafiq təqdimat qismən təmin edilməli, borclu şəxsin mülkiyyətində olan və məhkəmə araşdırması zamanı müəyyən edilmiş avtomobil, yəni “Mercedes Benz C230” minik markalı **-BB- *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürlüməli, digər avtomobillər üzərində həbsin olması iş materilları ilə öz təsdiqini tapmadığından təqdimat qalan hissədə təmin edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 8(005)-603/2018 nömrəli qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes Benz C230” minik markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 həvalə edilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №8(005)-25/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-25/2021
19.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver