Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-250/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, X1, Borclu nümayəndəsi X11 iştirakları ilə X3 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(005)-3850/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Borclu ilə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Borclu və xx.xx.2023-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin hər ay orta aylıq əmək haqqının 0,80 misli nisbətində (minimum bir uşağa 246 manat olmaqla) indeksasiya olunaraq, tələbkara ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tələbkar iş üzrə cavabdeh Borclu ilə xx.xx.2021-ci ildə tarixdə nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Faktiki nikahdan xx.xx.2022-ci il təvəllüdlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X14 adlı iki nəfər uşaq anadan olmuşdur. Uşaqlar hal-hazırda tələbkarın hi mayəsindədir. Ailə qurduğu ilk vaxtlarda cavabdeh Borclu ilə münasibətləri normal olsa da sonradan baş verən ziddiyətlər ailənin dayaqlarım sarsıtmışdır. Belə ki, cavabdeh Borclu ailəyə və uşaqlara qayğı göstərməməsi, laqeyd münasibət bəsləməsi nəticəsində faktiki olaraq ayrı yaşamaq məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin e-2(005)-3850/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşaqların saxlanılması üçün hər birinə 220 manat olmaqla iki uşağa görə 440 manat aliment tutulması qət edilmişdir. Qeyd edir ki, uzaqlar azyaşlıdırlar. Onların gündəlik tələbatları, gediş-gəliş xərcləri ay ərzində böyük vəsait tələb idir. Bu xərclərin ödənilməsi üçün valideyin olaraq tək öhdəsindən gələ bilmir. Eyni ilə qeyd etmək istəyir ki, cavabdehlə rəsmi nikahdan anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü X14 anadangəlmə “Serebral İflic” xəstəliyindən və xx.xx.2022-ci il təvəllüdlü X10 adlı uşaq isə müxtəlif xəstəliklərdən əziyyət çəkir. Onların aylıq müalicəsi üçün aylıq 600 manata yaaxın fasiləsiz xərc tələb edilir. Bütün bunların tərəfindən tək qarşılanması mümkünsüzdür. Cavabdeh isə öz qayğısızlığını davam etməklə bu xərclərin qarşılanmasında köməklik göstərmir. Məhkəmə iclasında X3 ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Borclu nümayəndəsi X15 borclunun – yəni qardaşının "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyir və 400 manat əmək haqqı alır. Qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin alimentin indeksasiyası qaydasını müəyyən edən 110-cu maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1 və 8.4-2-ci yarımbəndlər əlavə edilmişdir: 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1 və 232.3-cü maddələrinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-3850/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı 2024-cü il üzrə müəyyən edilmiş 300 manat məbləğində minimum əmək haqqının 0,63 mislini təşkil edir. Bu baxımdan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmalıdır. Məhkəmə eyni zamanda ərizəçinin uşaqlarının xəstəliyi ilə bağlı alimentin 0,80 mislində indeksasiya edilməsi tələbi ilə bağlı qeyd edir ki, qeyd edilənlər alimentin yuxarıda istinad edilən AR Ali Məhkəməsinin Plenum qərarında göstərilən qaydadan fərqli şəkildə indeksasiya edilməsi üçün əsas ola bilməz. Eyni zamanda tələbkara cavabdehin əlavə xərclərə cəlb edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3850/2024 saylı, xx.xx.2024cü il tarixli Qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində indeksasiya olunsun. Tərəflərin nəzərinə çatdırılsın ki, sonrakı dövrlər üçün alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yeri olduğu halda/işəgötürən, rəsmi iş yeri olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-250/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-250/2025
17.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver