Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-252/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-672/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyev Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, xx.xx.1978-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 672/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 315.000 ABŞ dolları pul tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlanılmış, borclunun ünvanına “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Eyni zamanda Borclu xx.xx.2024-cü il tarixdə şöbəyə dəvət edilmiş, izahatı alınmış, icraata başlamaq haqqında qərar və bildirişin surəti şəxsən təqdim edilmişdir. Könüllü müddət ərzində icra sənədində göstərilən tələb təmin edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmış, “Elektron İcra” İnformasiya sistemində Borclu mülkiyyətində “Mercedes Benz GLS350 minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş, xx.xx.2024-cü il tarixli təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş, Məhkəmənin 8(005)-459/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə avtomobilin üzərinə həbs qoyulmuş, həmin qərardad xx.xx.2024-cü il tarixdə icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə göndərilmişdir. Eyni zamanda avtomobilin olduğu yeri müəyyən etmək mümkün olmadığından icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə “borclunun əmlakının axtarılması haqqında” qərar qəbul edilərək icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Qeydiyyat- İmtahan İdarəsinə göndərilmişdir. Bundan başqa sistemdən Borclu işləmədiyi, hər hansı təqaüd (pensiya) almadığı müəyyən edilmişdir. Borcluya dəfələrlə şifahi xəbərdarlıqlar olunmasına baxmayaq, icra sənədi üzrə tələbi təmin etməkdən yayınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-672/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu 315.000 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pul iddiaçı Tələbkar xeyrinə tutulmalıdır; İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-672/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Borclu ünvanlanmış xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-672/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması və bu müddətdə tələbi üzrsüz səbəblərdən icra etməzsə, icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli 2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Həmin Təlimatın 2.2.3-cü bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Borclu icra sənədindən məlumatlı olmasına baxmayaraq, borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Həmçinin tələbin könüllü icrası haqqında bildirişin surətini xx.xx.2024-cü il tarixdə imza etməklə almışdır. Beləliklə, təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borcun ödənilməsinə dair bütün prosessual hərəkətlər yerinə yetirilmiş, lakin borclu icra sənədinin icrasını təmin etməkdən yayınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-672/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu ölkədən getmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-672/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu xx.xx.1978-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququ 6 ay müddətinə məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-252/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-252/2025
09.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver