Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-253/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin iştirakı ilə, İcra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev məhkəməyə təqdimatla müraciət edərək, müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata borclu və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 427.1-ci maddəsinə əsasən şikayəti, ərizəni və ya protesti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 152.2 və 152.3-cü maddələrinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri, təqdimatın geri qaytarılması haqda icra məmurunun xahişini nəzərə alaraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 152.1,263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu məcburi gətirilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-253/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-253/2024
23.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver