Məhkəmə qərarları › İş №8(005)-255/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-255/2023

22.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-255/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İcra sənədinin icrasının təmini tədbiri olaraq Nərimanov rayon məhkəməsinin 8(005)- 528/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes Benz C200 minik” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair icra məmurunun təqdimat və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1 rayon məhkəməsinin 8(005)-528/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Mercedes Benz C200 minik” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3932/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu 5094 manat məbləğində pul vəsaiti və 28,60 manat dövlət rüsumu tələbkar “Kartaş LTD" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2021 -ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Nərimanov Rayon Məhkəməsinin 8(005)-528/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes Benz C200 minik” markalı, **- BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə icraata xitam verildiyindən Borclu mülkiyyətində olan “Mercedes Benz C200 minik” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. İcra məmuru, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş tələbkar “Kartaş LTD" MMC-nin ərizəsinə əsasən Borclu borcunu tam ödəmişdir. Tələbkar “Kartaş LTD" MMC 2(005)-3932/2021 saylı, xx.xx.2021-ci il tarixli icra işinə “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, icra sənədinin icrası tam təmin olunduğundan, icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməli, borclunun əmlaklarının üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “Mercedes Benz C200 minik” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar