Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-257/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus **********53 reyestr nömrəli Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinov tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinov məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus **********53 reyestr nömrəli Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4275/2019-008 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən əsasən Borclu 12.000 (on iki min) manat əsas, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 12.500 (on iki min beş yüz) manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tələbkar “Azər-Toxum" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.İcra sənədinin icrasını təmin etmək məcsədi ilə Borclu məxsus **********53 reyestr nömrəli Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qərərdadı ilə Borclu məxsus **********53 reyestr nömrəli Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Tələbkar “Azər-Toxum MMC xx.xx.2023-cü il tarixli məktubla Nərimanov rayon icra şöbəsinə müraciət edərək Nərimanov Rayon Məhkəməsinin 2(005)-4275/2019-008 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində qeyd edilən tələbin tam şəkildə icra olunduğunu və Borclu qarşı heç bir tələbin olmadığını bildirmişdir. Bu səbəbdən icra məmuru icra sənədinin icrasının təmini tədbiri olaraq Nərimanov rayon Məhkəməsinin 8(005)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus **********53 reyestr nömrəli Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair məsələyə baxılmasım xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4275/2019-008 nömrəli, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən Borclu 12.000 (on iki min) manat əsas, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 12.500 (on iki min beş yüz) manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tələbkar “Azər-Toxum" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus **********53 reyestr nömrəli Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə olunmuş Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4275/2019- 008 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcun ödənilməsi tam şəkildə təmin olunduğundan icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Bu Məcəllənin 355-17.3-cü maddəsində nəzərdə tutulmuş qətnamə qəbul edildikdə bank və (və ya) onun aktivləri ilə bağlı əvvəllər qəbul edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun təqdimatını və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus **********53 reyestr nömrəli Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus **********53 reyestr nömrəli Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-257/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-257/2023
31.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver