Məhkəmə qərarları › İş №8(005)-259/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-259/2024

20.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-259/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-446/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu məxsus “Mercedes Benz C180” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair icra məmurunun təqdimatı və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-446/2023 nömrəli, xx.xx.2023-cü il qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu məxsus “Mercedes Benz C180” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2223/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.0220-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaı üçün hər ay hər uşaq üçün 200 manat ümumilikdə 400 manat məbləğində aliment tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə bildiriş göndərilmişdir. Belə ki, icra sənədi üzrə tələbkar xx.xx.2024-cü il tarixli ərizə ilə şöbəyə müraciət edərək, borclunun aliment borcu olmadığından onun mülkiyyətində olan “Mercedes Benz C180” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmişdir. İcra məmuru, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2223/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi borclu tərəfindən icra edildiyindən, icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməli, borclunun əmlaklakının üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “Mercedes Benz C180” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar