Məhkəmə qərarları › İş №8(005)-260/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-260/2022

27.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-260/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-235/2021 nömrəli, 06.10.2021ci il tarixli qərardadı ilə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyev məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən, ümumi sahəsi 44.13 kv.m olan 12 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5059/2020 saylı, 30.07.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 43408,50 manat pul vəsaiti və 45,80 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-235/2021 saylı, 12.08.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən, ümumi sahəsi 44.13 kv.m olan 12 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Tələbkar 08.04.2022ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək, icra sənədində qeyd olunan borcun tam şəkildə ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-235/2021 nömrəli, 12.08.2021-ci il tarixli qərardadı ilə xx.xx.1954-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yerləşən binanın 4-cü mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 74.10 kv.m olan 16 saylı mənzil, ünvan 2 ünvanda yerləşən 7 otaqdan ibarət, ümumi sahəsi 138.10 kv.m olan, torpaq sahəsi 0.021020 ha. olan əmlakın 1/3 hissəsi, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 44.13 kv.m olan 12 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Daha sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-235/2021 nömrəli, 02.09.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli, 8(005)- 235/2021 saylı qərardadında aşağıdakı düzəliş edilməsi: Qərardadın nəticə hissəsinin birinci abzasında “Təqdimat təmin edilsin” sözləri “Təqdimat qismən təmin edilsin” sözləri kimi oxunması. Qərardadın nəticə hissəsinin ikinci abzasında xx.xx.1954-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanda qeydiyyatda olan Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən binanın 4-cü mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 74.10 kv.m olan 16 saylı mənzil, ünvan 2 ünvanda yerləşən 7 otaqdan ibarət, ümumi sahəsi 138.10 kv.m olan, torpaq sahəsi 0.021020 ha. olan əmlakın 1/3 hissəsi, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 44.13 kv.m olan 12 saylı mənzilin üzərinə həbs qoyulsun.” sözləri “xx.xx.1954-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanda qeydiyyatda olan Borclu mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 44.13 kv.m olan 12 saylı mənzilin üzərinə həbs qoyulsun.” sözləri kimi oxunması qərara alınmışdır. Təqdimata əlavə edilmiş Nərimanov Rayon İcra şöbəsinə ünvanlanmış 08.04.2022-ci il tarixli Tələbkar ərizəsinin surətində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5059/2020 saylı, 30.07.2020-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 23.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə belə nəticəyə gəlir ki, təqdimatda göstərilənlər nəzərə alınmalı, təqdimat təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-235/2021 nömrəli, 12.08.2021-ci il tarixli qərardadı və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 235/2021 nömrəli, 02.09.2021-ci il tarixli qərardadı ilə xx.xx.1954-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanda qeydiyyatda olan Borclu mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 44.13 kv.m olan 12 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-235/2021 nömrəli, 12.08.2021-ci il tarixli qərardadı və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-235/2021 nömrəli, 02.09.2021-ci il tarixli yanlışlığın düzəldilməsinə dair qərardadı ilə xx.xx.1954-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanda qeydiyyatda olan Borclu mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 44.13 kv.m olan 12 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar